Xalq yazıçısı: Azərbaycan mədəniyyətini dünyaya yetərincə tanıda bilməmişik
13 Noyabr 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1505
06.03.2021, 13:55
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) dünən keçirilən qurultayı bir sıra hadisələrlə yadda qaldı. Xüsusilə bir sıra tanınmış YAP-çıların İdarə Heyətindən kənarlaşdırılması daha çox diqqət çəkib.
YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da var. O Hacıbala Abutalıb ki, üzun müddət (2001-2018) Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini (2018-2019) vəzifələrində çalışıb.
Maraqlıdır ki, dünənki qurultayda Hacıbala Abutalıbov İdarə Heyətindən çıxarılmaqla yanaşı, yeni yaradılan Veteranlar Şurasına da salınmadı... Eyni zamanda, onun üzv olduğu Siyasi Şura da ləğv edildi...
Və beləcə Hacıbala müəllim sıravi YAP-çı kimi qaldı...
Hacıbala Abutalıbovla bağlı belə qərarın verilməsi onun vəzifədən çıxarılıb təqaüdə göndərilməsindən (2019-cu ilin oktyabrı) sonra ümumiyyətlə YAP-a gəlib-getməməsi, partiyanı tamamilə unutması ilə əlaqələndirilir. Məlumata görə, 2019-cu ilin oktyabrında Baş nazirin müavini vəzifəsindən təqaüdə göndərilən Abutalıbov inciyib.
Yeri gəlmişkən, Hacıbala Abutalıbov son bir ildə demək olar ki, heç bir yerdə gözə dəymir, mətbuata çıxmır, jurnalistlərin telefon zənglərinə də cavab vermir. Adətən səs-küylü hadisələrə özünəməxsus tərzdə münasibət bildirən Hacıbala müəllim Qarabağ müharibəsində qazanılan qələbədən sonra da üzə çıxıb danışmadı...
Modern.az saytı "qeybə çəkilən” keçmiş merlə bağlı maraqlı məlumat əldə edib. Onu yaxından tanıyan mənbədən sayta verilən məlumata görə, Hacıbala Abutalıbov xeyli müddətdir Bakıdan köçüb. Onun hazırda Qax rayonunun İlisi kəndində yaşadığı bildirilir. İlisu təbiətinin gözəlliyi və təmiz havası ilə bütün Azərbaycanda səfalı yer kimi məşhurdu. Məlumata görə, Abutalıbub hələ vəzifədəykən İlisuda dəbdəbəli villa tikdirib və indi orada yaşayır.
16:00 / 13 Noyabr 2026
1
15:42 / 13 Noyabr 2026
151
15:37 / 13 Noyabr 2026
56
15:30 / 13 Noyabr 2026
58
15:01 / 13 Noyabr 2026
72
14:59 / 13 Noyabr 2026
177
14:50 / 13 Noyabr 2026
86
14:46 / 13 Noyabr 2026
82
14:33 / 13 Noyabr 2026
90
14:24 / 13 Noyabr 2026
461
14:17 / 13 Noyabr 2026
397
14:12 / 13 Noyabr 2026
90
14:05 / 13 Noyabr 2026
166
14:00 / 13 Noyabr 2026
93
13:43 / 13 Noyabr 2026
187
13:41 / 13 Noyabr 2026
92
13:20 / 13 Noyabr 2026
90
13:05 / 13 Noyabr 2026
204
12:57 / 13 Noyabr 2026
152
12:45 / 13 Noyabr 2026
140
12:32 / 13 Noyabr 2026
172
12:20 / 13 Noyabr 2026
116
12:17 / 13 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.