Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49835
az

Mart ayında bu bürclər pul içində üzəcəklər – ULDUZ FALI

22:5302 Mart, 2021
2241
  • A

Bir çox bürclər üçün MART ayı eniş-yoxuş dövrü olacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün çox çalışmalı olacaqsınız. Ancaq bəziləri işdə uğur qazanacaqlar və maddi vəziyyətləri kifayət qədər firavan olacaq.
Ulduzlar maliyyə baxımından bürclər üçün bu aya nə hazırlayıblar?

Qoç – Bu ay sizin üçün çox uğurlu olacaq. Buna görə də maliyyə sahəsində sizi tam rifah gözləyir. İşdə yeni perspektivlər açılacaq və sadəcə, uğurlu fürsət axtarırsınızsa, o zaman maraqlı bir təklif gözləyin.

Böyük alış-veriş etməkdən çəkinməyin. Mart ayı alış-veriş üçün ən yaxşı aydır.


Buğa – 2021-ci ilin martında Buğalar kiçik maliyyə çətinlikləri ilə qarşılaşacaqlar. Borclarınızı ödəməli ola bilərsiniz. Ancaq narahat olmayın, astroloqlar büdcənizi diqqətlə planlaşdırmağınızı tövsiyə edirlər. Bunun sayəsində "pul çuxuru”ndan xilas ola biləcəksiniz. Yaxşı perspektivlər gətirən yeni layihələrdən qorxmayın.

Əkizlər – 2021-ci ilin mart ayına aid maliyyə ulduz falı Əkizlərə uğurlar və maliyyə vəziyyətində artım vəd edir. Ayın ilk yarısında rəhbərlərinizdən yeni imkanlar əldə etməyiniz mümkündür. Bu, yeni perspektivlər açmağı vəd edir. Ancaq diqqətli olun və pulunuzu boş yerə xərcləməyin. Bu, gələcəkdə pul çatışmazlığına səbəb ola bilər.


Xərçəng – Bu bürc nümayəndələrinin işində liderlər və ya ortaqlar ilə anlaşılmazlıqlar və mübahisələr mümkündür. Bu, maddi rifahınıza kifayət qədər zərər verə bilər. Buna görə də mövqeyinizi, pulunuzu və həmkarlarınızla normal münasibətlərinizi qorumaq üçün hisslərinizi cilovlamağa çalışın. Bu ay sizin ən yaxın dostunuz soyuqqanlı və sağlam düşüncə olacaq.

Şir – Şirlər üçün mart böyük alış-verişlər etmək və ya pul yatırmaq üçün əlverişli bir ay olacaq. Riskə getməkdən çəkinməyin, çünki bəxtiniz hər an sizi müşayiət edəcək. Bu ay aktiv şəkildə pul qazanmağın əlavə yollarını axtarmağa da başlaya bilərsiniz. Uğur qazanmağınız tamamilə mümkündür. Cəsarətli olun!

Qız – 2021-ci ilin mart ayına aid maliyyə ulduz falı Qız bürcünə uğurlar və yeni imkanlar vəd edir. Ancaq bir yerdə dayanmayın, yeni layihələrdə inamla iştirak edin. Bəzi Qızlar daha maraqlı bir şey kəşf edərək fəaliyyət sahəsini tamamilə dəyişdirə bilərlər. Bu vəziyyətdə astroloqlar planlarınıza diqqətlə baxmağı məsləhət görürlər.

Tərəzi – Dəliqanlı xarakteriniz gözlənilməz və tamamilə lazımsız xərclərə səbəb ola bilər. Buna görə də bir işə pul qoymazdan əvvəl emosiyalarınıza deyil, ağlınıza etibar edin, başqa sözlə, bir neçə dəfə təkra-təkrar düşünün. Bu halda həm də tərəfdaşlarla və ya rəhbərliklə kiçik problemlər asanlıqla həll edilə bilər.

Əqrəb – 2021-ci ilin martı üçün maliyyə qoroskopu Əqrəblərə bu ayın ikinci yarısında əhəmiyyətli bir alış-veriş vəd edir. Narahat düşüncələr və şübhələr sizi bürüyə bilər, amma dərhal onları bir kənara tullayın, əks halda, özünüzə əzab verəcəksiniz.

Vəziyyəti ayıq başla qiymətləndirməyə və özünüzü aldatmamağa çalışın, çünki əksər hallarda buna görə yeni perspektivli layihələrdə iştirak qorxusu yaranır. İnamlı olun, uğur qazanacaqsınız!

Oxatan – 2021-ci ilin mart ayı üçün maliyyə falı Oxatanlar üçün bir çox parlaq hadisələr vəd edir. Uğurlu olacaqsınız və maddi vəziyyətinizi də yaxşılaşdıra biləcəksiniz. Ulduzlar hədəflərinizə çatmağınızda, əhəmiyyətli işgüzar əlaqələr qurmağınızda kömək edəcəklər. İşdə sizi uğurlar gözləyir.

Oğlaq – Bu bürcün nümayəndələri duyğularını cilovlamağa və əsəblərini daha az göstərməyə çalışmalıdırlar. Eyni zamanda, təhlükəsiz bir səyahətə investisiya qoya bilərsiniz, bunun sayəsində yaxşı bir istirahət imkanı qazanacaqsınız və sonradan tam güclə işə başlayacaqsınız. Bürcün bəzi nümayəndələrinə maraqlı bir layihədə iştirak təklif oluna bilər.

Dolça – Yanlış yolda olduğunuzu hiss edirsinizsə, bir müddət dayanın. Rahatlanın, yenidən başlayın və nəyə ehtiyacınız olduğuna qərar verin. Bəlkə fəaliyyət sahənizi dəyişdirməlisiniz və ya karyera pilləkənləri ilə irəliləməyə başlamalısınız. Bu halda maddi vəziyyətinizi yaxşılaşdıra bilərsiniz. Dəyişikliyə can atmalısınız!

Balıq – Bu ay sizin çox işiniz olacaq. Bürcün bəzi nümayəndələri toparlanmalı olacaqlar. Eyni zamanda gələcək üçün planlar qurmalısınız. Yeni bir layihə də mümkündür, ancaq güclü tərəflərinizi düzgün qiymətləndirməyə çalışın. Pul xərcləyərkən diqqətli olun. Bədxərclik sonradan maliyyə boşluqlarına gətirib çıxara bilər. (bizimyoinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda və bəzi rayonlarda yağış yağır
Taksi sürücüləri üçün imtahanda 662 namizəd uğur qazandı
Tələbə qız etiraz əlaməti olaraq universitetdə soyundu -VİDEO

Çayı qətiyyən belə içməyin: ÖLDÜRÜR

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
Əziz Seyidov təqaüdə göndərildi- Foto