Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1568
02.03.2021, 22:09
Keçən ilin payızında İkinci Qarabağ müharibəsindəki ciddi məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, 22 yanvar 2021-ci il tarixli, BMT-nin sifarişi ilə aparılmış bir araşdırmaya görə, "qaçqın vəziyyəti"nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə, onlar ya Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.
Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi ərzağın birbaşa paylanmasıdır. Onların təqribən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub.
Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını söyləyirlər. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ev sahibi ailələrinin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir.
Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan sülh razılaşması çərçivəsində Rusiya sülhməramlıları tərəfinən indiyədək 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislərin apardığı sorğuda iştirak edənlərin təxminən 70%-i azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini bildiriblər.
17:18 / 13 Noyabr 2026
1
17:13 / 13 Noyabr 2026
41
17:07 / 13 Noyabr 2026
51
16:59 / 13 Noyabr 2026
60
16:51 / 13 Noyabr 2026
77
16:37 / 13 Noyabr 2026
107
16:29 / 13 Noyabr 2026
81
16:08 / 13 Noyabr 2026
190
16:00 / 13 Noyabr 2026
91
15:42 / 13 Noyabr 2026
318
15:37 / 13 Noyabr 2026
97
15:30 / 13 Noyabr 2026
97
15:01 / 13 Noyabr 2026
104
14:59 / 13 Noyabr 2026
226
14:50 / 13 Noyabr 2026
121
14:46 / 13 Noyabr 2026
108
14:33 / 13 Noyabr 2026
121
14:24 / 13 Noyabr 2026
595
14:17 / 13 Noyabr 2026
483
14:12 / 13 Noyabr 2026
119
14:05 / 13 Noyabr 2026
215
14:00 / 13 Noyabr 2026
118
13:43 / 13 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.