Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1521
02.03.2021, 21:04
Xəbər verdiyimiz kimi, martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirilməsi planlaşdırılır.
Oxu24.com-un xəbərinə görə, məsələ ilə bağlı danışan 2004-cü ildən bəri YAP-ın üzvü, tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) partiyanın tərkibinin yenilənəcəyini düşündüyünü deyib:
“Mən siyasət adamı deyiləm, amma bəzən mən də siyasətə qarışıram. Məncə, bu qurultayda hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsini əvvəllər icra edən Siyavuş Novruzovun yerinə kimsə seçiləcək. Qalan şeyləri bilmirəm, istəmirəm dərinliyə gedim. Çünki bu haqda çox da məlumatlı deyiləm, atam 40 gündür dünyasını dəyişib, özümdə olmamışam. Keçən il bu sual mənə verilsəydi, çox şeylər danışardım, amma hazırda yox. Heç qurultayın olacağından xəbərim yox idi. İnanmıram pandemiyaya görə qurultay olsun, olsa da yəqin, onlayn olar. Özümü ağıllı göstərib, yalandan informasiya verə bilmərəm”.
Əməkdar artist Elza Seyidcahan qurultay olarsa, bir sıra müsbət yeniliklərə imza atılacağına inandığını qeyd edib:
“Qurultay olacaqsa, bu haqda müsbət düşünürəm. Yeni Azərbaycan Partiyası günü-gündən inkişaf edir. Qələbədən sonra partiyada daha yaxşı yeniliklər olacağına inanıram. İnşallah işğaldan azad olunmuş torpaqlarda YAP-ın qərargahları, məntəqələri tikilər və YAP-a daha çox gənc axın edər. Bu bizə Ulu öndər Heydər Əliyevdən bir töhfədir, Allahın zinətidir. Bir yerdə ki, Yeni Azərbaycan Partiyasının adı var, əlbəttə də o adı Allah günü gündən yeniləyəcək, gözəlləşdirəcək. Mən də bir bəstəkar olaraq hər zaman YAP-ın özəl günlərində öz əsərlərimlə, musiqilərimlə çıxış etməyə hazıram, bunu özümə borc bilirəm. Ümid edirəm ki, 2025-ci ildə YAP-ın xətti ilə millət vəkili adını daşıya bilərəm. Namizədliyimi yenə verəcəyəm, inşallah, arzuma nail olaram”.
17:18 / 13 Noyabr 2026
1
17:13 / 13 Noyabr 2026
41
17:07 / 13 Noyabr 2026
51
16:59 / 13 Noyabr 2026
60
16:51 / 13 Noyabr 2026
77
16:37 / 13 Noyabr 2026
107
16:29 / 13 Noyabr 2026
81
16:08 / 13 Noyabr 2026
190
16:00 / 13 Noyabr 2026
91
15:42 / 13 Noyabr 2026
318
15:37 / 13 Noyabr 2026
97
15:30 / 13 Noyabr 2026
97
15:01 / 13 Noyabr 2026
104
14:59 / 13 Noyabr 2026
226
14:50 / 13 Noyabr 2026
121
14:46 / 13 Noyabr 2026
108
14:33 / 13 Noyabr 2026
121
14:24 / 13 Noyabr 2026
595
14:17 / 13 Noyabr 2026
483
14:12 / 13 Noyabr 2026
119
14:05 / 13 Noyabr 2026
215
14:00 / 13 Noyabr 2026
118
13:43 / 13 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.