Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4377
az

Azərbaycanda yeni “ASAN” yaradıldı: bu dəfə sosial müdafiə sahəsində

21:5709 Avqust, 2018
873
CƏMİYYƏT
  • A
 Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb.

Oxu24.com dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, yeni agentliyin yaradılması əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır.

Əmək Nazirliyinə tabe olan yeni agentlik öz tabeliyində fəaliyyət göstərəcək “DOST” mərkəzlərini idarə edəcək.

“DOST” mərkəzləri aşağıdakı qaydada fəaliyyət göstərəcək:

- xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçiriləcək;

- vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin ediləcək;

-  vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi təmin edilsin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...
Prezident Azərbaycanın böyük uğur qazandığını ELAN ETDİ

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü