Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
767
13.11.2020, 18:00
44 gün davam edən İkinci Qarabağ savaşı bir neçə gündür bitib. Savaş zamanı Azərbaycan da bir çox şəhid verib. Maraqlıdır şəhidlərin yaşadıqları bölgələrdən seçilmiş millət vəkilləri şəhidlərin dəfnində iştirak edibmi, ailələrinə baş sağlığı veriblərmi?
Lənkərandan millət vəkili seçilmiş Rüfət Quliyev deyir ki, savaşın başladığı ilk günlərdə şəhid olanların ailəsini ziyarət edib, daha sonra isə paytaxtda qalmağa üstünlük verib.
"Bizə tövsiyyə olundu ki, Bakıda qalaq. Çünki hər an Milli Məclisdəki iclaslara çağırıla bilərdik. Buna baxmayaraq mənim Lənkəranda köməkçim var. Lazım olan məsələlərlə bağlı ona müraciət olunur. Mən şəhid ailələrinə yalnız mənəvi dəstək olmuşam. Maddi baxımdan dövlət onlara lazımi qayğı və diqqət göstərir”.
Naxçıvan Müxtar Respublikasından millət vəkili Ülviyyə Həmzəyeva bildirib ki, hazırda Naxçıvana 14 şəhid gəlib və o, hər birinin dəfnində iştirak etməyə çalışır.
"Mən ilk gündən Naxçıvanda şəhid olan ailələrin yanında olmuşam və demək olar bütün şəhid dəfnlərində iştirak etmişəm. İndi də şəhid övladlarımızdan birinin dəfninə gedirəm. Şəhid ailələrinin yanında olmaq bizim borcumuzdur".
Deputat Aydın Mirzəzadə pandemiya ilə əlaqədar Mingəçevirə gedə bilmədiyini bildirdi.
"Mingəçevirdə davamlı olaraq şəhər rəhbərliyi, ziyallılar, ayrı-ayrı idarə rəhbərləri ilə danışıram. Bu günə qədər 3 şəhidin dəfnində iştirak etmişəm. Ümumilikdə isə şəhidlərin nə qədər və hansı ailələrdən olduğu barədə tam məlumatlıyam. Şərait imkan verən kimi Mingəçevirə gedərək şəhid olan əsgərlərin hər birinin ailəsində olmağı düşünürəm”.
Gəncənin deputatı Naqif Həmzəyev bildirib ki, bütün şəhidlərin dəfnlərində iştirak edib.
Sumqayıt şəhərindən millət vəkili seçilmiş Tahir Mirkişili anews.az-a açıqlamasında bildirib ki, Sumqayıtda şəhid olan ailələrərə dəstək olmaq üçün onlara baş çəkib. Lazım olan maddi və mənəvi dəstək göstərib.
Salyan rayonundan deputat seçilmiş Fəzail Ağamalı müharibə başlıyandan şəhid ailələrinin yanında dəstək olduğunu bildirdi.
"Müharibə başalyandan demək olar ki, bütün şəhid dəfnlərində iştirak etmişəm. Valideynləri ilə görüşmüşəm. Düşünürəm dövlət maddi dəstəklə bağlı şəhid ailələrinə lazım olan yardımı göstərir. Buna baxmayaraq 4 həftə ərzində həftə sonları Salyanda yaralı əsgərlərə baş çəkmişəm. Dost–tanışların dəstəyi ilə onlara ev yeməkləri də hazırlayıb aparmışıq. Partiyamızın xətti ilə isə Tərtər bölgəsində ön cəbhədə vuruşan əsgərlərimiz üçün yardımlar göndərmişik”.
Son olaraq Naxçıvandan olan deputat Seyavuş Novruzov mövzuya münasibət bildirdi. " Mən bu suala cavab vermək istəmirəm” deyən millət vəkilindən niyəsini soruşanda "elə” deyərək cavabdan yayındı.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.