Avqustun 20-i Yer kürəsində beş ballıq şkala ilə birinci dərəcəli maqnit qasırğası baş verəcək.
Oxu24.com-un məlumatına görə, bununla əlaqədar avqustun 17-i və 21-i Yerin maqnit qatının həyəcanlaşması gözlənilir.
Qeyd olunur ki, birinci dərəcəli maqnit qasırğaları kosmik aparatların idarəetmə sisteminə cüzi təsirlər göstərə bilər.
Xatırladaq ki, iyul ayının 23-də birinci dərəcəli maqnit qasırğası qeydə alınmışdı.
Bundan əvvəl 2018-ci ildə maqnit qasırğaları iyunun 28-i və mayın 6-7-i Yeri əhatə edib. Ən güclü maqnit qasırğası isə aprelin 20-i qeydə alınıb.
Oxu24.com
ŞƏRHLƏR