Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40936
az

Ramin Quluzadə: “Vətəndaşlara saxta mesajlar göndərilir”

15:4904 Noyabr, 2020
416
  • A
"Ermənistan kibermühitdə təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Düşmən bu dəfə də saxta xarici nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından vətəndaşlarımıza mesaj göndərərək Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonuna hücuma keçəcəyi və təhlükəsizlik üçün rayonu müvəqqəti olaraq tərk etmələrinə dair saxta çağırışlar edir". Oxu24.comn xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib. Nazirin sözlərinə görə, daha öncə də vətəndaşlara Gəncə və Bərdə rayonlarına raket hücumu təhlükəsi səbəbindən sığınacaqlara yerləşmələri ilə bağlı saxta mesajlar ünvanlanıb: "Bu məlumatlar əhali arasında qorxu və təşviş yaratmaq məqsədi daşıyır və həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər, tanımadıqları nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər". Məlumatda bildirilir ki, hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi