Qaynar xətt:

(+99450) 247 90 86

Hikmət Hacıyevin adına saxta profillər yaradılıb

Hikmət Hacıyevin adına saxta profillər yaradılıb

CƏMİYYƏT

501

02.11.2020, 14:10

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.

Oxu24.com-un xəbərinə görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

"Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - deyə Hikmət Hacıyev qeyd edib.