Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
955
31.10.2020, 00:20
Qoç -asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir.
Buğa - gəlirlər istisna deyil. Son vaxtlar sizi narahat edən maliyyə problemlərini çözə bilərsiniz. Alış-verişdə çox pul xərcləməyin. Zərurət duyulmayan əşyalar almayın.
Əkizlər - sizdən peşəkar fəaliyyət müstəvisində qəhrəmanlıqlar və fövqəladə məhsuldarlıq tələb etmir. Gündəlik öhdəliklərin yerinə yetirilməsinə dəqiq və səliqəli olun.
Xərçəng - kölgəyə çəkilin. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla kəskin mübahisələr etməyin. Önəmli məsələlərin müzakirəsini təxirə salın. Rutin, adi işlərlə məşğul olun.
Şir - tərəfdaş və ya həmkarlardan biri yalançı çıxacaq, vədinə əməl etməyəcək. Yaşam potensialının səviyyəsi yüksək olacaq. Enerji qıtlığı hiss olunmayacaq. Diqqətli olun. Qapını açmaq əvəzinə divarı sındırmağa çalışmayın.
Qız - yeniliklərlə ehtyiatlı olun.Yeni iş və ya layihə üçün əlverişli zaman deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar. Ən mürəkkəb anda, əlverişsiz şəraitdə reallaşdırılmış ideyalarla baş-başa qala bilərsiniz.
Tərəzi - iş yerini dəyişmək olar. Bir zamanlar məhsuldar şəkildə, razılıqla çalışdığınız yerə qayıda bilərsiniz. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Ciddi münasibətlər başlana bilər. İmiclə eksperimentlər, qarderobun yenilənməsi üçün yaxşı zamandır.
Əqrəb - qarşınıza qoyduğunuz məsələlər çətin olsa da, maraqlıdır. Onları həll edəndə faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail olacaqsınız. Seminar və ya konfransa varsa, qatılın. İdeyalarınız çoxlarını maraqlandıra bilər.
Oxatan - intellektual fəaliyyət, mürəkkəb məsələlərin həlli üçün münasibdir. Nüfuzlu insanla görüş pis keçməyəcək. Maraqlı təklif ala bilərsiniz.
Oğlaq - nikbin olun, qüvvənizə güvənin. Əhəmiyyətli irəliləyişə nail olmaq, bədxahları üstələmək, yaxşı gəlir əldə etmək mümkündür. Əsas məsələ yaxın ətrafınızdakı insanlara tələbkar olmaqla yanaşı özünüzün də aktiv çalışmağınızdır.
Dolça - tanışlardan biri ilə dil tapmaq çətinləşəcək. Sizə müraciət edərək yardım istəyənlər olacaq. Axşam saatlarını sakit istirahətə, xoş məşğuliyyətə həsr edin.
Balıqlar - sonsuz söhbətlər, müzakirələrdən qaçın. Belə təmaslar mənasızdır və heç bir xeyir verməyəcək. Tanışların şirin vədlərinə inanmayın. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir verəcəyinizi düşündüyünüz anlaşma və ya sövdələşmə yarımçıq qalacaq.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.