Aida Quliyeva vəfat etdi
23 May 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
883
24.10.2020, 00:58
Qoç - ünsiyyət və müzakirələr üçün əlverişli zamandır. Danışıqlarla müzakirələrdə qarşı tərəfin gizli istəkləri və əsl niyyətini anlamağa çalışın. Küsənləri barışdırın. Yaxınlarınıza məsləhətlər verin, qarşıdurmadan yayınmanın yollarını göstərin.
Buğa - müsbət təmayüllərin təsiri güclənəcək. Yeni biliklər və informasiya əldə etməyə can atın. Enerjinizi gərəkli istiqamətə yönəltsəniz az sonra yaxşı nəticələr əldə olunacaq.
Əkizlər - səmimi, nikbin və gülərüz olmata çalışın. Yaxın ətrafınızdakkı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin.
Xərçəng - ötən həftədən yarımçıq qalan işi başa vurun. Dəvət aldığınız tədbirə qatılın. Emosiyalarınıza nəzarət edin. Axşam saatlarını xoş hisslər əldə etmək üçün dəyər verdiyiniz insanlarla keçirin.
Şir - uzunmüddətli planlar hazırlamaq olar. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də dəyişikliklər etmək zamanıdır. Təxəyyülünüzü işə salın. İmkan və bacarıqlarınızı reallaşdırın. Ətrafdakı insanların çətin saydıqları problemi həll etmək iqtidarındasınız.
Qız - mənfi emosiyalarınızı üzə çıxarmayın. Hirsli və qıcıqlı olmayın. Təmkinli davranış bir sıra münaqişələrin qarşısını alacaq. Sənədlərlə iş zamanı həddən artıq diqqətli olun. Ən kiçik səhv baha başa gələ bilər.
Tərəzi - ailə üzvləri ilə fikir ayrılıqları yarana bilər. Dəyər verdiyiniz insanlarla sərt, aqressiv danışmayın. Həddən artıq kritik olmayın. Ətrafınızdakı insanlar qarşısında ağır şərtlər və tələblər qoymayın. Münasibətlərdə köklü dəyişikliklər etmək zamanı deyil.
Əqrəb - romantik görüş ehtimalı yüksəkdir. Aktiv, nikbin olun. Əks cins mənsubu ilə qayğıkeş davranın. Ciddi münasibətlərin başlanmasını istəyirsinizsə, məqsədyönlü və iradəli davranın.
Oxatan - liderlik məziyyətlərinizi və təşkilatçılıq bacarıqlarınızı göstərin. Öz işlərinizi qaydaya salmaqla yanaşı, başqalarının problemlərini də həll edə bilərsiniz. Diskussiyalarda qətiyyətli olun. Ətrafınızdakı insanlar sizi dinləyəcək, anlamağa çalışacaqlar.
Oğlaq - işdə və evdə kiçik anlaşılmazlıqlar, ixtilaflar olacaq. Bütün dünyanın sizə qarşı olduğunu düşünməyin. Mübahisələrdən fayda əldə edə bilərsiniz. Ətrafınızdakı insanları diqqətli dinləməklə yanaşı, aqressiv olmayın.
Dolça - qətiyyətli olun. Yaxın ətrafınızdakı həddən artıq ehtiyatlı davranış tələb edən insanların məsləhətlərinə yox, sağlam məntiqinizə əsaslanın.
Balıqlar - yolunuzda yaranacaq maneələr dəf olunmayacaq deyil. Sadəcə, məqsədə çatmaq üçün qeyri-standart metodlardan yararlanın. Eksperimentlər edin, riskdən çəkinməyin.
21:28 / 23 May 2026
5
21:13 / 23 May 2026
96
21:02 / 23 May 2026
58
20:59 / 23 May 2026
98
20:54 / 23 May 2026
122
20:39 / 23 May 2026
140
20:19 / 23 May 2026
61
19:52 / 23 May 2026
238
19:44 / 23 May 2026
267
19:32 / 23 May 2026
187
19:30 / 23 May 2026
83
19:26 / 23 May 2026
74
19:19 / 23 May 2026
80
19:02 / 23 May 2026
85
18:39 / 23 May 2026
85
18:35 / 23 May 2026
717
18:33 / 23 May 2026
96
18:27 / 23 May 2026
87
18:23 / 23 May 2026
79
18:09 / 23 May 2026
99
18:00 / 23 May 2026
93
17:46 / 23 May 2026
93
17:43 / 23 May 2026
358
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.