Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?
23 May 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
858
21.10.2020, 00:08
Bu gün sosial şəbəkələrdə ölkə üzrə internetin verilməsinə tətbiq edilmiş məhdudiyyətin ləğvi ilə bağlı məlumatlar yayılıb.
Bildirilib ki, artıq heç bir məhdudiyyət yoxdur.
Məsələ barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq.
Sfera.az xəbər verir ki, qurumun mətbuat katibi Günel Gözəlova Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan ərazisində internet var, sadəcə, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması üçün məhdudiyyət tətbiq edilib:
"Hələlik bu məhdudiyyətin ləğvinə dair yeni qərar yoxdur. Əgər belə bir qərar olarsa, mütləq nazirlik tərəfindən ictimaiyyətə məlumat veriləcək”.
G.Gözəlova qeyd edib ki, sentyabr ayının 27-dən ölkə üzrə kiberhücumların sayı adi günlərlə müqayisədə, beş-altı dəfə artıb:
"Xarici ölkələrdən daxil olan zənglər, veb-kameraların sındırılması, router və modemlərə kütləvi hücumlar, xəbər saytlarına olan hücumlar, sosial şəbəkə hesablarının saxtalaşdırlıması, fişinq hücumları.
Göstəricilərin 21 faizi sosial şəbəkə hesablarının ələ keçirilməsi, 25 faizi internet informasiya ehtiyatlarında qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi ilə bağlıdır. Ölkə xaricindən Azərbaycana qarşı kiberhücumların qarşısını almaq üçün ən yaxşı metodlardan biri internetin sürətinin zəiflədilməsi, bir çox hallarda məhdudiyyətlərin tətbiq olunmasıdır.
Əks halda, düşmən tərəfi kiberhücum edərək, Azərbaycanın infrastrukturuna zərər vura, internet vasitəsilə müəyyən informasiyaların oğurlanmasına nail ola bilər. Bu baxımdan, bütün dünyada hərbi əməliyyatların getdiyi vaxtda internet məhdudlaşdırılır”.
14:55 / 23 May 2026
304
14:53 / 23 May 2026
107
14:51 / 23 May 2026
122
11:44 / 23 May 2026
87
11:41 / 23 May 2026
108
11:40 / 23 May 2026
86
10:08 / 23 May 2026
159
01:03 / 23 May 2026
268
00:16 / 23 May 2026
560
00:09 / 23 May 2026
512
00:06 / 23 May 2026
262
00:04 / 23 May 2026
206
00:00 / 23 May 2026
482
23:49 / 22 May 2026
179
23:45 / 22 May 2026
651
23:43 / 22 May 2026
453
23:38 / 22 May 2026
320
23:30 / 22 May 2026
273
23:30 / 22 May 2026
163
23:19 / 22 May 2026
183
23:18 / 22 May 2026
205
23:14 / 22 May 2026
227
23:02 / 22 May 2026
1077
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.