Qaynar xətt:

(+99450) 247 90 86

Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb

Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb

CƏMİYYƏT

596

19.10.2020, 17:10

"Vətən müharibəsi başlayandan sonra 20 gün ərzində Prezident İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri təxminən 321 min nəfər artıb!"
"Oxu24.com" "Report"a istinadən xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz feysbuk hesabında yazıb.

O bildirib ki, hazırda Prezidenti tvitterdə 621 mindən çox mikrobloqçu izləyir:

"Bu, təxminən elə tvitterin Azərbaycan seqmentinin auditoriyasının göstəricisidir.

Belə görünür ki, Prezidentin məşhur tvittləri cəmiyyətimizə yeni bir ictimai platforma , tvitter Azərbaycan platforması bəxş edəcək".