Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3935
az

Mingəçevir SES ətrafında yer və göy necə qorunur? - ŞƏRH

17:4824 İyul, 2018
1031
CƏMİYYƏT
  • A
 Ermənistanın yalançı generallarının Mingəçevir SES-ə mümkün zərbələrlə bağlı gülüş doğuran açıqlamaları populistik xarakter daşıyır.

Bu fikirləri Oxu24.com-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, birincisi, Azərbaycan hava hücumundan müdafiə sistemləri nəinki Qafqazda, eləcə də, Avropada ən güclülərdən biri sayılır.

“Hətta əgər nəzəri cəhətdən təsəvvür etsək ki, mütəxəssislər Mingəçevir SES istiqamətində raket buraxsa, o bir neçə saniyə sonra məhv ediləcək. Bu cəfəngiyyatı demək üçün nə qədər axmaq olmaq lazımdır.

Yeravanda hamı bilir ki, bu, mümkün deyil. Nəticələrini bildiyi üçün onlar hətta Azərbaycan tərəfinə raket maketi də buraxa bilməzlər”, - müsahibimiz bildirib.

O əlavə edib ki, əgər Mingəçevir SES Rixter şkalası üzrə 10-11 bal zəlzələyə tab gətirə bilirsə, separatçılarda olan “raketciklər” barəsində nə demək olar.

“Hətta SSRİ dövründə bu su hövzəsi hava hücumundan müdafiə sistemləri tərəfindən qorunurdu. Azərbaycan müstəqil olduqdan sonra strateji obyektin yaxınlığına yeni müdafiə sistemləri yerləşdirilib”, - ekspert deyib.

Xatırladaq ki, Qarabağ separatçılarının komandiri, general-leytenant Levon Mnatsakanyan Mingəçevir SES-in hədəf kimi erməni ordusunun taktiki planına daxil edildiyini bildirib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha bir qərar imzaladı
"Dəmiryol nəqliyyatı haqqında Nizamnamə" təsdiqləndi
Əli Əsədov qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı