Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
21 May 2026, 10:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
604
21.09.2020, 18:59
Sentyabrın 15-dən ölkəmizdə 2020-2021-ci tədris ilinə start verilib.
Pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.
Azmedia.az xəbər verir ki, Təhsil Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə bildirir ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.
Lakin sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir.
Bildiririk ki, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək.
10:56 / 21 May 2026
4
10:48 / 21 May 2026
19
10:39 / 21 May 2026
97
10:38 / 21 May 2026
35
10:34 / 21 May 2026
33
10:23 / 21 May 2026
37
10:19 / 21 May 2026
42
10:16 / 21 May 2026
42
10:13 / 21 May 2026
90
10:06 / 21 May 2026
52
10:05 / 21 May 2026
43
10:03 / 21 May 2026
172
10:00 / 21 May 2026
49
09:53 / 21 May 2026
43
09:30 / 21 May 2026
50
09:14 / 21 May 2026
126
00:59 / 21 May 2026
256
00:33 / 21 May 2026
274
23:47 / 20 May 2026
160
23:36 / 20 May 2026
319
23:16 / 20 May 2026
313
22:52 / 20 May 2026
257
22:49 / 20 May 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.