"Qanlı Ay tutulması" zamanı Yer Ayla Günəş arasında qalır. Günəşdən Aya gedən işığın qarşısı kəsilir.
İyulun 27-də növbəti Ay tutulması olacaq.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə "qanlı Ay tutulması" müşahidə ediləcək və Ay qırmızı rəngə boyanacaq.
"Qanlı Ay tutulması"nı qiyamətin xəbərçisi kimi qəbul edən xristian qrupları bunu İncildə yer alan bəzi proqnozlarla izah edir.
Alimlərin fikrincə isə Ay tutulması zamanı əmələ gələn qırmızı və mavi rəngi "Rayleigh yayılması" ilə izah edir.
Məlumata görə, həmin gün Ay bütünlüklə tutulacaq və Yer qırmızı rəngə boyanacaq. "Qanlı Ay tutulması" zamanı Yer Ayla Günəş arasında qalır. Günəşdən Aya gedən işığın qarşısı kəsilir.
"Qanlı Ay tutulması" Ay bütöv olanda baş verir. Havamı çirklilik səviyyəsi və buludlar da Ayın rənginə təsir edir.
Qeyd edək ki, Ay tutulması cümə günü, iyulun 27-də baş verəcək. "Qanlı Ay tutulması" Afrika və Avropada daha aydın görünəcək.
Oxu24.com
ŞƏRHLƏR