Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
16 Noyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
590
09.09.2020, 20:57
Nazirlər Kabineti 329 nömrəli qərarı izah edib.
Oxu24.com xəbər verir ki, qərarla "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nda dəyişiklik nəzərdə tutulur.
Dəyişikliyə əsasən, "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın 9-cü hissəsində "vətəndaşın yaşadığı ərazi üzrə müvafiq səhiyyə orqanının büdcə vəsaiti” sözləri "dövlət büdcəsinin vəsaitləri” sözləri ilə əvəz etdirilir.
Səbəb ərazi səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsidir. Odur ki, ərazi səhiyyə müəssisələri İcbari Tibbi Sığorta prinsipləri üzrə işləyən TƏBİB-in tabeliyinə keçdiyi üçün onkoloji xəstələrə yardım dövlət büdcəsi vasitəsilə həyata keçiriləcək.
Qərara əsasən, "Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ndə dəyişiklik edilib. Dəyişikliyin mahiyyəti "Tibbi sığorta haqqında" qanunun bütün Azərbaycan ərazisinə şamil edilməsidir. Dəyişikliyə əsasən "bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasının səbəbi odur ki, bu qərar hazırlanarkən icbari tibbi sığorta yalnız pilot layihə qismində Azərbaycan Respublikasının bir neçə rayonunda tətbiq edilirdi. İndi bütün respublikası ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.
Qərar habelə "Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ndə dəyişikliyi nəzərdə tutur. Dəyişikliyə əsasən "bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasının səbəbi odur ki, bu Qərar hazırlanarkən icbari tibbi sığorta yalnız pilot layihə qismində ölkənin bir neçə rayonunda tətbiq edilirdi. İndi bütün ölkə ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.
"Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli Qərarı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman ləğv edildiyindən Qərar öz hüquqi qüvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur.
"Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 264 nömrəli Qərarı "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman 1.1.9-cuarımbəndi ləğv edildiyindən Qərar öz hüquqi qüvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur.
17:50 / 16 Noyabr 2026
1
17:47 / 16 Noyabr 2026
21
17:30 / 16 Noyabr 2026
48
17:26 / 16 Noyabr 2026
60
17:25 / 16 Noyabr 2026
51
17:25 / 16 Noyabr 2026
65
17:19 / 16 Noyabr 2026
58
17:12 / 16 Noyabr 2026
57
17:10 / 16 Noyabr 2026
56
17:01 / 16 Noyabr 2026
65
16:55 / 16 Noyabr 2026
70
16:52 / 16 Noyabr 2026
66
16:50 / 16 Noyabr 2026
68
16:33 / 16 Noyabr 2026
87
16:25 / 16 Noyabr 2026
237
16:17 / 16 Noyabr 2026
111
16:12 / 16 Noyabr 2026
148
16:08 / 16 Noyabr 2026
124
15:45 / 16 Noyabr 2026
96
15:18 / 16 Noyabr 2026
129
15:00 / 16 Noyabr 2026
123
14:30 / 16 Noyabr 2026
549
14:24 / 16 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.