Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
16 Noyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
534
09.09.2020, 20:47
Təhsil naziri Emin Əmrullayev tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2020-2021-ci dərs ili üçün tədris planlarının təsdiqi ilə bağlı əmr imzalayıb.
Oxu24.com xəbər verir ki, əmrə əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 və daha çox olan X-XI siniflər aşağıdakı fənlərin tədrisində 2 qrupa bölünür:
– Tədrisi rus dilində aparılan siniflərdə “Azərbaycan dili – dövlət dili kimi”
– Tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”.
Əmrdə deyilir ki, təmayül siniflərinin komplektləşdirilməsində fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyl-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınır. Şagirdlərin hazırlıq səviyyəsinə görə zəruri ehtiyac olduğu halda, məktəb Pedoqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə digər bir təmayül fənni hesabına 1 saat artıq vaxt verilən bilər.
Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 saatdan 1 saatı bütün şagirdlər cəlb olunmaqla “Nitq mədəniyyəti”, digər 1 saatı isə “İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.
Bütün təmayüllər üzrə siniflərdə təsdiq edilmiş cədvəl əsasında “Nitq mədəniyyəti” fakültativ kursu, “texniki”, “humanitar”, “təbiət”, “texniki və təbiət” təmayüllü siniflərdə “İqtisadiyyatın əsasları” fakültativ kursu isə dərs cədvəlinə salınmaqla tədris olunur. “Nitq mədəniyyəti” və “İqtisadiyyatın əsasları” fakültativ kursları Təhsil Nazirliyini tərəfindən təsdiq edilmiş proqram əsasında tədris edilir.
Bir qayda olaraq, “Nitq mədəniyyəti” fakültativ kursu tədris Azərbaycan dilində olan siniflərdə Azərbaycan dili və ədəbiyyat, tədris rus dilində olan siniflərdə rus dili və ədəbiyyat müəllimləri, “İqtisadiyyatın əsasları” fakültativ kursu isə coğrafiya müəllimləri tərəfindən tədris olunur.
17:50 / 16 Noyabr 2026
1
17:47 / 16 Noyabr 2026
21
17:30 / 16 Noyabr 2026
48
17:26 / 16 Noyabr 2026
60
17:25 / 16 Noyabr 2026
51
17:25 / 16 Noyabr 2026
65
17:19 / 16 Noyabr 2026
58
17:12 / 16 Noyabr 2026
57
17:10 / 16 Noyabr 2026
56
17:01 / 16 Noyabr 2026
65
16:55 / 16 Noyabr 2026
70
16:52 / 16 Noyabr 2026
66
16:50 / 16 Noyabr 2026
68
16:33 / 16 Noyabr 2026
87
16:25 / 16 Noyabr 2026
237
16:17 / 16 Noyabr 2026
111
16:12 / 16 Noyabr 2026
148
16:08 / 16 Noyabr 2026
124
15:45 / 16 Noyabr 2026
96
15:18 / 16 Noyabr 2026
129
15:00 / 16 Noyabr 2026
123
14:30 / 16 Noyabr 2026
549
14:24 / 16 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.