VPN istifadəçilərinə XƏBƏRDARLIQ
20 May 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
493
09.09.2020, 20:15
Bu gün qida məhsullarının bir qismində bahalaşma müşahidə olunur. Növbəti mərhələdə çörəyin və ətin qiymətində də bahalaşma olacaqmı?
Bununla bağlı KONKRET.az-a fikirlərini bildirən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, çörəyin qiyməti ilə ətinki müqayisə oluna bilməz: "Çünki bilirsiniz ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənir. Çörəyin qiymətinə dövlət nəzarət edir. Yaxın dövrdə çörəyin qiymətinin bahalaşması gözlənilən deyil. Dövlət çörəyin qiymətini tənzimləyib saxlaya biləcək. Ətin qiymətinə gəldikdə isə bilirsiniz ki, ölkəmiz yerli tələbatın təxminən 45-48 faizini ödəyə bilir. Yəni bu məhsulun qiyməti təkcə ölkə daxilində təklif olunan məhsulla bağlı deyil. Həm də xarici amildən asılıdır. Çünki ölkədə ətə olan ehtiyatın 50 faizdən çoxunu idxal hesabına ödəyirik.
Ona görə kənd təsərrüfat məhsullarının mövsümü bitdikdən sonra ətə olan təlabat artacaq. Belə olan halda da ətin qiymətinin qalxması gözləniləndir. Hazırda rayonlarında ətin qiymətində ucuzlaşma müşahidə olunur. Amma Bakıda əksinə az da olsa bahalaşma müşahidə olunur. Çünki yay aylarında ətə olan tələbat az olur. Amma oktyabr, noyabr, dekabr aylarında, yəni ilin sonuna kimi ətin qiymətinin bahalaşması gözləniləndir. Təkcə bu ölkənin daxili islahatından deyil, həm də xarici idxaldan asılıdır. Bununla yanaşı ölkədə bu sahə stimulaşdırılmayıb”.
22:52 / 20 May 2026
1
22:49 / 20 May 2026
21
22:39 / 20 May 2026
32
22:28 / 20 May 2026
36
22:25 / 20 May 2026
31
22:19 / 20 May 2026
33
22:14 / 20 May 2026
120
22:10 / 20 May 2026
125
22:08 / 20 May 2026
176
22:05 / 20 May 2026
34
22:03 / 20 May 2026
45
22:02 / 20 May 2026
46
22:00 / 20 May 2026
47
21:57 / 20 May 2026
40
21:53 / 20 May 2026
42
21:52 / 20 May 2026
285
21:42 / 20 May 2026
175
21:39 / 20 May 2026
39
21:39 / 20 May 2026
52
21:35 / 20 May 2026
49
21:33 / 20 May 2026
41
21:27 / 20 May 2026
364
21:23 / 20 May 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.