Qurban əti necə bölüşdürülməlidir? – İlahiyyatçı AÇIQLADI
20 May 2026, 16:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
832
02.09.2020, 00:13
Qoç - uğurlu və münasib zamandır. Ticarətlə bağlı fəaliyyət yaxşı gəlir vəd edir. Yeni layihəyə başlamaq olar. Maliyyə əməliyyatlarında diqqətli olun. Günün ikinci yarısında önəmli qərar qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Mümkün qədər çox iş görməyə can ataraq tələsik davranmayın.
Buğa - enerji qıtlığı hiss edə bilərsiniz. Əzələ ağrıları istisna deyil. Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.
Əkizlər - ciddi, məsuliyyətli işə başlamaq üçün əlverişli zaman deyil. Yeni sifariş və ya layihənin müzakirə olunacağı görüşü, danışıqlar və ya sövdələşmənin imzalanmasını ertələyin. Adi, rutin işləri diqqətlə yerinə yetirin. Əks təqdirdə fəsadları ağır olacaq səhvlərə yol verəcəksiniz.
Xərçəng - heç bir real səbəb olmadan özünüzü incik, tənha hiss edə bilərsiniz. Mübahisə və ya müzakirələrə qatılmayın. Səhhətinizi, əsəblərinizi qoruyun. Riskli situasiyaların iştirakçısına çevrilməyin. Alış-verişdə bədxərclik etməyin.
Şir - uzunmüddətli planlaşdırma üçün əlverişli zamandır. Karyera müstəvisində irəliləyişin, maliyyə durumunuzu yaxşılaşdırmağın yollarını tapın. Bu gün görəcəyiniz işə görə az sonra yaxşı ödəniş və ya mükafat ala bilərsiniz.
Qız - qısamüddətli səfərə və ya ezamiyyətə yollana bilərsiniz. Önəmli saydığınız insanla görüşün. Axşam saatlarınızı ailə üzvlərinə ayırın. Normal istirahət etməyə çalışın.
Tərəzi - başladığınız işlərdə irəliləyişlərə nail ola bilərsiniz. Özünüzə əmin olun, aktiv çalışın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Səfər, səyahət, alış-veriş üçün pis zaman deyil. Yeni layihə ilə bağlı ilkin mərhələni effektiv edin.
Əqrəb - opponentlə görüşün. Mübahisəni həll etmək üçün onunla dil tapın. Uzaqdakı tanışlar və ya tərəfdaşlarla əlaqələr zamanı vədləri unutmayın. Maliyyə əməliyyatını təxirə salın. Pulunuzun qədrini bilin.
Oxatan - uzun müddətdən bəri aradığınızı tapa bilərsiniz. İşlərinizdə müəyyən çətinliklərin yaşanması istisna deyil. Nigaranlıq və narahatlıq olacaq. Günün ilk yarısında ünsiyyət çevrənizi məhdudlaşdırın. Ciddi işlər planlaşdırmayın.
Oğlaq - təmaslarda diqqətli olun. Yaxınlarınızın qayğısına qalın. Onların dediklərini dinləyin. Axşam saatlarını ailəvi istirahətə ayırın.
Dolça - yaradıcı yanaşma tələb edən işlər üçün münasib zamandır. Enerjili olun, aktiv çalışın. Ağır işin, ciddi problemin öhdəsindən gəlməyə çalışanda orijinal çözüm yolunu arayın.
Balıqlar - istək və ya niyyətinizi reallaşdırmağa can ataraq tələsik qərar verməyin. Ailə üzvləri, dostlarla təmaslarda həssas, qayğıkeş olun. Səhhətinizə fikir verin. Tamahın köləsi olmayın, rasionu ifrat qarınqululuğa çevirməyin.
16:11 / 20 May 2026
1
16:02 / 20 May 2026
28
15:54 / 20 May 2026
57
15:51 / 20 May 2026
32
15:42 / 20 May 2026
36
15:36 / 20 May 2026
100
15:31 / 20 May 2026
34
15:19 / 20 May 2026
251
15:16 / 20 May 2026
156
15:01 / 20 May 2026
217
14:57 / 20 May 2026
56
14:55 / 20 May 2026
56
14:40 / 20 May 2026
130
14:36 / 20 May 2026
70
14:30 / 20 May 2026
64
14:26 / 20 May 2026
107
14:01 / 20 May 2026
66
13:52 / 20 May 2026
68
13:45 / 20 May 2026
418
13:44 / 20 May 2026
903
13:27 / 20 May 2026
98
13:23 / 20 May 2026
70
13:20 / 20 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.