Qaynar xətt:

(+99450) 247 90 86

Ermənilər Talış kəndində HƏRƏKƏTƏ KEÇDİ: evlərə OD VURULDU...

Ermənilər Talış kəndində HƏRƏKƏTƏ KEÇDİ: evlərə OD VURULDU...

CƏMİYYƏT

4716

01.09.2020, 23:30

Dağlıq Qarabağdakı qondarma rejimin “istintaq komitəsi” işğal altındakı Ağdərə rayonunun Talış kəndində, qoşunların təmas xəttinin yaxınlığında bir neçə evə və dəyirmana od vurulduğunu bildirir.

Oxu24.com  xəbər verir ki, məlumata əsasən naməlum şəxs və ya şəxslər 7 yaşayış evini, digər  3 tikilini, habelə yerli dəyirmanı yandırıb. Hadisə ilə bağlı araşdırma aparılır.

2016-cı ilin aprel müharibəsi zamanı Talış kəndi istiqamətində şiddətli döyüşlər gedib, Azərbaycan xüsusi təyinatlıları kəndə daxil olsalar da daha sonra hücum əməliyyatı dayandırılıb. Kənd hazırda Azərbaycan ordusunun mövqelərinin nəzarəti altındadır.