Pensiyalar verildi
20 May 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
487
31.08.2020, 15:56
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.
Oxu24.com xəbər verir ki, qatarlar noyabrın 10-dək hərəkətdə olmayacaq.
Mövcud vəziyyət gündəlik elektrik qatarlarından istifadə edən vətəndaşlar üçün müəyyən problemlər yaradıb. Belə ki, Xırdalan və Biləcəri sakinlərinin elektrik qatarlardan istifadə edə bilməməsi, ictimai nəqliyyatda sıxlığın artmasına səbəb olub.
Sosial şəbəkədə Bakı-Xırdalan-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarının ilin sonuna qədər fəaliyyətini bərpa etməyəcəyi ilə bağlı fikirlər səsləndirilməyə başlayıb. Mövzunu dəqiqləşdirmək və görülən işlərin nə vaxt yekunlaşacağı ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.
Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, işlər planlaşdırıldığından da tez yekunlaşa bilər: “Bildiyiniz kimi, körpünün söküntüsünə başlanılıb. Körpünün aşırım hissələri tam olaraq sökülüb. Əsas problem yaradacaq aşırım hissələr idi ki, nəqliyyatın hərəkətində zolaqlar üzrə müəyyən fasilələrlə məhdudlaşdırmalar olurdu. Artıq orta və iki kənar dayaq qalıb ki, onun da sökülməsi qısa müddət ərzində təmin olunacaq.
Buna paralel olaraq artıq yeni körpünün dayaqlarının inşası yekunlaşmaq üzrədir. Orada svay vurma işləri yekunlaşıb, dəmir beton dayağın isə inşası yaxın günlərdə tam olaraq bitəcək. Körpünün aşırım hissəsi zavod şəraitində hazırlanır, üzərində montaj olunacaq.
Bu, belə demək olarsa, bir gecəlik işdir ki, onun üzərinə qoyulub montaj olunacaq. Bundan sonra bütün işlər körpünün üzərində aparılacaq. Hərəkətdə hər hansı məhdudlaşdırma aparılmadan işlərin noyabr ayında təhvil verilməsi planlaşdırılsa da, çalışacağıq ki, işlər daha tez yekunlaşsın.
Mümkündür ki, oktyabr ayında işlər təhvil verilsin. Oktyabr ayının ortalarında işlər yekunlaşmalıdır. Ancaq işlər açıq hava şəraitində aparıldığı üçün yağışlar yağması işi müəyyən qədər ləngidə bilər. Biz maksimal dərəcədə çalışacağıq ki, işləri daha tez təhvil verək. Bundan sonra həmin ərazidə “Azərbaycan Dəmir Yolları” QSC də öz işlərini həyata keçirəcək”.
14:30 / 20 May 2026
1
14:26 / 20 May 2026
23
14:01 / 20 May 2026
38
13:52 / 20 May 2026
38
13:45 / 20 May 2026
279
13:44 / 20 May 2026
540
13:27 / 20 May 2026
78
13:23 / 20 May 2026
61
13:20 / 20 May 2026
58
13:13 / 20 May 2026
68
13:11 / 20 May 2026
54
13:05 / 20 May 2026
65
13:02 / 20 May 2026
68
12:58 / 20 May 2026
177
12:52 / 20 May 2026
184
12:50 / 20 May 2026
65
12:46 / 20 May 2026
57
12:42 / 20 May 2026
130
12:33 / 20 May 2026
563
12:32 / 20 May 2026
263
12:13 / 20 May 2026
64
12:02 / 20 May 2026
79
11:59 / 20 May 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.