Gələn ildən etibarən əmanətçilərin gəlirləri vergiyə cəlb edilə bilər
16 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
928
31.08.2020, 12:20
Türkiyə mətbuatı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) qətlindən bir gün əvvəl Antalyada dostları ilə birlikdə yemək yediyi restoranlardan birinin nəzarət kameralarından video görüntülər yayımlayıb. Həmin gün kriminal bossun qatili 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) da restoranda olub.
Oxu24.com xəbər verir ki, kadrlarda Nadir Səlifovun bir qrup şəxslə restorandan çıxaraq avtomobilinə mindiyi əks olunub. Daha sonra Xəqan Zeynalov restorandan çıxıb başqa maşına oturub gedir.
Bir gün əvvəl isə Xəqan Zeynalov da həmin restoranda olub. Təhlükəsizlik kameralarında onun maşın saxlanma yerində gəzərək telefonla danışması qeydə alınıb.
Xatırladaq ki, azərbaycanlı "qanuni oğru" Nadir Səlifov avqustun 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Xan Əhmədlinski ləqəbli ilə tanınan kriminal avtoritet Xəqan Zeynalovdur.
Qətldən əvvəl Xan Əhmədlinski oteldə Lotu Qulinin arxasınca getdiyini əks etdirən video çəkərək görüntünü sosial şəbəkələrdə yayıb. Bu kadrları qatil qətli törətməzdən təxminən 30 dəqiqə əvvəl çəkib. Bütün bunlar qatilin diqqətlə və uzun müddət cinayətə hazırlaşdığını göstərir.
Qətli törətmiş Xəqan Zeynalov çöldə avtomobildə onu gözləyən 25 yaşlı Əmir Həmidlinin köməkliyi ilə qaçmağa müvəffəq olub. Cinayətkarlar Antalya-Dənizli avtomobil yolunda tutulub. Polis əməkdaşları onları ciddi təhlükəsizlik tədbirləri altında məhkəməyə aparıblar.
Xan Əhmədlinski ilkin ifadəsində Nadir Səlifovu sevmədiyi üçün öldürdüyünü deyib.
“Mən onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşum gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”,- saxlanılan şəxs bildirib.
Lotu Qulinin Xəqan Zeynalova çox güvəndiyi və onu 10 yaşından tanıdığı bildirilir.
Xəqan Zeynalov hazırda qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur, Həmid Əmirli isə onun ortağı kimi saxlanılır.
19:55 / 16 Noyabr 2026
16
19:47 / 16 Noyabr 2026
49
19:40 / 16 Noyabr 2026
73
19:28 / 16 Noyabr 2026
63
19:18 / 16 Noyabr 2026
78
19:09 / 16 Noyabr 2026
82
19:05 / 16 Noyabr 2026
75
18:58 / 16 Noyabr 2026
84
18:45 / 16 Noyabr 2026
87
18:41 / 16 Noyabr 2026
88
18:35 / 16 Noyabr 2026
136
18:23 / 16 Noyabr 2026
92
18:17 / 16 Noyabr 2026
127
18:16 / 16 Noyabr 2026
91
18:05 / 16 Noyabr 2026
100
18:04 / 16 Noyabr 2026
99
17:55 / 16 Noyabr 2026
101
17:50 / 16 Noyabr 2026
430
17:47 / 16 Noyabr 2026
98
17:30 / 16 Noyabr 2026
106
17:26 / 16 Noyabr 2026
117
17:25 / 16 Noyabr 2026
104
17:25 / 16 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.