Sahil Babayev ölkə üçün mühüm məlumatı AÇIQLADI
16 Noyabr 2026, 20:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
675
30.08.2020, 22:50
Akupunktura - metal iynələrin təsiri və ya yandırma yolu ilə insan orqanizminin bioloji aktiv nöqtələrinə olan təsir ilə aparılan müalicə metodudu.
Bu üsul - bir çox xəstəliklərin müalicəsinin effektivliyinə görə bütün dünyada qəbul olunan ənənəvi çin təbabətinin komponentidir.
İynələrlə aparılan bu müalicənin vətəni Çindir. Bu gün artıq Çindən əlavə, Avropa, Amerika və Rusiiyada bir çox tədqiqat institutları yaradılmışdır ki, onlar bir çox xəstəliklər zamanı bu metodu tətbiq edirlər.
Akupunktura - fiziki, psixiki və emosional pozğunluq və xəstəlilərin müalicəsində istifadə olunan təbii yanaşmadır. Onun əsas ideyası sadədir. Əgər insanın hər hansı bir orqanı zədələnibsə, bu o deməkdir ki, orqanizmin bütün sistemləri arasında qarşılıqlı əlaqə pozulub. Belə ki, xəstəlik və əlamətləri deyil, bütün orqanizmi müalicə etmək lazımdır. Bu isə iynələrin müəyyən nöqtələrə təsiri ilə həyata keçirilir.
İynə batmasının akkupunktura nöqtələrinə təsiri...
İnsan bədənində 664 nöqtə vardır. Həkim bu nöqtələr arasında seçimi xəstəliyin xüsusiyyətinə görə edir. Bu aktiv nöqtələr dərinin digər yerlərindən öz yüksək səviyyəli mübadilə prossesi, daha yüksək ağrı hissiyatı, daha yüksək elektirk potensial və elektrikə az müqaviməti olması ilə seçilirlər. Akupunktura üçün bir dəfəlik steril iynələr istifadə olunur. Akupunkturanın ayrılmaz hissəsi olan nəbz diaqnostikasına sayəsində - xəstəliyin əmələ gəlməsini, orqanizmdə yayılmasını və əlamətlərini izləmək mümkündür. Məhz nəbz diaqnostikası insanın enerji ehtiyatı sisteminin nə vəziyyətdə olmasını öyrənməyə imkan yaradaraq, müalicə prosesinə yanaşmanı müəyyən etməyə kömək edir
Bu müalicə növünə adətən dərman terapiya sı kömək etmədikdə və ya zəif etdikdə əl atılır. Adətən bu sümük, oynaq, periferik sinirlər, məhz miqren, artroz, nevralqiya və artitonevritlərə aid edilir. Həmçinin bu üsul mərkəz sinir sitemi pozulmalarında, impotensiyanın müalicəsində, depressiya və arıqlamaq üçün istifadə olunur.
1980 - cı ildə Ümumdünya Səhiyyə Təşkilatı akupunktura metodu ilə malicə olunan xəstəlilərin siyahısını dərc etmişdir. Bu siyahıyay 43 xəstəlik daxil edilib. İçərisində hepatit, xərçəng, hipertoniya. allergiya və sateroskleroz kimi ağır xəstəliklər də sadalanır.
20:13 / 16 Noyabr 2026
32
20:07 / 16 Noyabr 2026
34
19:55 / 16 Noyabr 2026
38
19:47 / 16 Noyabr 2026
56
19:40 / 16 Noyabr 2026
75
19:28 / 16 Noyabr 2026
67
19:18 / 16 Noyabr 2026
81
19:09 / 16 Noyabr 2026
94
19:05 / 16 Noyabr 2026
77
18:58 / 16 Noyabr 2026
90
18:45 / 16 Noyabr 2026
92
18:41 / 16 Noyabr 2026
91
18:35 / 16 Noyabr 2026
147
18:23 / 16 Noyabr 2026
95
18:17 / 16 Noyabr 2026
135
18:16 / 16 Noyabr 2026
94
18:05 / 16 Noyabr 2026
102
18:04 / 16 Noyabr 2026
101
17:55 / 16 Noyabr 2026
103
17:50 / 16 Noyabr 2026
440
17:47 / 16 Noyabr 2026
101
17:30 / 16 Noyabr 2026
108
17:26 / 16 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.