Azərbaycanda pensiya kapitalı birdəfəyə veriləcək?
20 May 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
763
30.08.2020, 00:07
Qoç - tək qalmağınız məsləhətdir. Yaxın ətrafınızdakı insanların sizə diqqəti çox olsa da, buna fikir verməyərək müstəqil çalışın. Son vaxtlar çətinliklərlə qarşılaşaraq məğlubiyyətlərə düçar olubsunuzsa, qətiyyətlə davranın. Geri çəkilməyin, irəliləyin.
Buğa - ailə üzvlərindən biri ilə bağlı mühüm informasiya alacaqsınız. Planlarda dəyişikliklər istisna deyil. Narahat olmayın. Yaşananlarda yaxşı yönlər var.
Əkizlər - liderlik məziyyətlərinizi və təşkilatçılıq bacarıqlarınızı göstərin. Öz işlərinizi qaydaya salmaqla yanaşı, başqalarının problemlərini də həll edə bilərsiniz. Diskussiyalarda qətiyyətli olun. Ətrafınızdakı insanlar sizi dinləyəcək, anlamağa çalışacaqlar.
Xərçəng - yeni işə və ya layihəyə başlamaq olar. İndiyədək əla bələd olduğunuzu düşündüyünüz insanın tam yeni məziyyətini aşkarlayacaqsınız. Hər şeyə rəğmən, özünüzü əmin hiss edin. Səhhətinizə fikir verin. Axşam saatlarında zökəm riski var. Tamahın qulu olmayın.
Şir - uzunmüddətli planlar hazırlamaq olar. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də dəyişikliklər etmək zamanıdır. Təxəyyülünüzü işə salın. İmkan və bacarıqlarınızı reallaşdırın. Ətrafdakı insanların çətin saydıqları problemi həll etmək iqtidarındasınız.
Qız - ötən həftədən yarımçıq qalan işi başa vurun. Dəvət aldığınız tədbirə qatılın. Emosiyalarınıza nəzarət edin. Axşam saatlarını xoş hisslər əldə etmək üçün dəyər verdiyiniz insanlarla keçirin.
Tərəzi - səmimi, nikbin və gülərüz olmata çalışın. Yaxın ətrafınızdakkı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin.
Əqrəb - müsbət təmayüllərin təsiri güclənəcək. Yeni biliklər və informasiya əldə etməyə can atın. Enerjinizi gərəkli istiqamətə yönəltsəniz az sonra yaxşı nəticələr əldə olunacaq.
Oxatan - ünsiyyət və müzakirələr üçün əlverişli zamandır. Danışıqlarla müzakirələrdə qarşı tərəfin gizli istəkləri və əsl niyyətini anlamağa çalışın. Küsənləri barışdırın. Yaxınlarınıza məsləhətlər verin, qarşıdurmadan yayınmanın yollarını göstərin.
Oğlaq - qısqanclıq, umu-küsü ilə qarşılaşacaqsınız. Mənfi emosiyalarınızı üzə çıxarmayın. Hirsli və qıcıqlı olmayın. Təmkinli davranış bir sıra münaqişələrin qarşısını alacaq. Sənədlərlə iş zamanı həddən artıq diqqətli olun. Ən kiçik səhv baha başa gələ bilər.
Dolça - ailə üzvləri ilə fikir ayrılıqları yarana bilər. Dəyər verdiyiniz insanlarla sərt, aqressiv danışmayın. Həddən artıq kritik olmayın. Ətrafınızdakı insanlar qarşısında ağır şərtlər və tələblər qoymayın. Münasibətlərdə köklü dəyişikliklər etmək zamanı deyil.
Balıqlar - romantik görüş ehtimalı yüksəkdir. Aktiv, nikbin olun. Əks cins mənsubu ilə qayğıkeş davranın. Ciddi münasibətlərin başlanmasını istəyirsinizsə, məqsədyönlü və iradəli davranın.
Həmçinin oxuyun
13:05 / 20 May 2026
1
13:02 / 20 May 2026
15
12:58 / 20 May 2026
37
12:52 / 20 May 2026
34
12:50 / 20 May 2026
34
12:46 / 20 May 2026
31
12:42 / 20 May 2026
39
12:33 / 20 May 2026
369
12:32 / 20 May 2026
39
12:13 / 20 May 2026
44
12:02 / 20 May 2026
63
11:59 / 20 May 2026
56
11:49 / 20 May 2026
61
11:40 / 20 May 2026
257
11:37 / 20 May 2026
60
11:34 / 20 May 2026
161
11:32 / 20 May 2026
57
11:31 / 20 May 2026
64
11:30 / 20 May 2026
57
11:18 / 20 May 2026
609
11:06 / 20 May 2026
65
11:03 / 20 May 2026
75
10:59 / 20 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.