Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? - TƏHLİL
17 Noyabr 2026, 19:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
998
08.07.2020, 18:20
Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Lütfi Qədirovun Orkestrin hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
19:51 / 17 Noyabr 2026
16
19:40 / 17 Noyabr 2026
79
19:39 / 17 Noyabr 2026
53
19:28 / 17 Noyabr 2026
202
19:21 / 17 Noyabr 2026
63
19:14 / 17 Noyabr 2026
75
19:09 / 17 Noyabr 2026
75
19:06 / 17 Noyabr 2026
179
18:57 / 17 Noyabr 2026
93
18:55 / 17 Noyabr 2026
92
18:50 / 17 Noyabr 2026
97
18:40 / 17 Noyabr 2026
388
18:38 / 17 Noyabr 2026
92
18:28 / 17 Noyabr 2026
98
18:21 / 17 Noyabr 2026
106
17:59 / 17 Noyabr 2026
104
17:49 / 17 Noyabr 2026
96
16:51 / 17 Noyabr 2026
117
16:34 / 17 Noyabr 2026
129
16:29 / 17 Noyabr 2026
120
16:21 / 17 Noyabr 2026
144
16:12 / 17 Noyabr 2026
128
15:57 / 17 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.