Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün Bakıda son 120 ilin rekord temperaturu qeydə alınıb

Bu gün Bakıda son 120 ilin rekord temperaturu qeydə alınıb

CƏMİYYƏT

1223

01.07.2018, 22:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb. Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41,6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.