Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3244
az

Meyitləri tapılan alpinistlərin ÖLÜM SƏBƏBİ AÇIQLANDI

16:2128 İyun, 2018
2038
CƏMİYYƏT
  • A
 Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qubada meyitləri tapılan alpinistlərin ölümünün səbəbinin müəyyən edilməsi üçün apardığı ekspertiza başa çatıb.

oxu24.com  trend.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə. müayinələr başa çatdıqdan sonra onun əsasında tərtib edilmiş rəy artıq Quba rayon Prokurorluğuna təqdim edilib.
Bu rəyə əsasən, ekspertiza zamanı meyitlərin üzərində xəsarət izi aşkar edilməyib.

Alpinistlərin ölümünə isə onların bədənində ümumi hərarətin enməsi və soyuması olub:

“Onlar qar uçqununun altında qalaraq soyuqdan ölüblər. Qar kütləsi enərkən onlar aşağıda olduqları üçün xəsarət almayıblar. Başqa sözlə, uçqun bunları hündürdən yerə çırpmayıb, digər tərəfdən də çadırın içərisində olublar. Ona görə də xəsarət almayıblar”.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası
Razyana çayının faydaları
Mehriban Əliyevadan Yeni illə bağlı paylaşım - Foto

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü