Qaynar xətt:

(+99450) 247 90 86

İsti havada işləmək olarmı? - MÜRACİƏT

2018-06/1530182048_isti.jpg

CƏMİYYƏT

1405

28.06.2018, 14:33

\"\" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Departamentindən oxu24.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.