Xəbərdarlıq edildi- SABAH DİQQƏTLİ OLUN
10 May 2026, 17:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
809
25.05.2020, 17:48
"Bölgələrdə xidmət edən hərbçilərimizin şəraitinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılıb. Bu işlərin davamlı olacağını düşünürəm".
Bunu Qaynarinfo-ya açıqlamasında cəbhəboyu zonada yeni hərbi hissələrin açılmasına münasibət bildirən Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
O bildirib ki, yeni hərbi hissə və şəhərçiklərin açılmasında məqsəd hərbçilərin yaşayış və xidmət şəraitinin müasir tələblər səviyyəsinə çatdırılmasıdır.
Deputatın sözlərinə görə, hazırda düşmənə daha çox Azərbaycan Ordusunun silsilə təlimləri təsir edir: "Ancaq yeni hərbi hissələrin açılması o deməkdir ki, bizim hərbçilər yaşayış təminatından tam arxayın olsunlar. Onlar bilməlidirlər ki, bütün ehtiyacları yüksək səviyyədə təmin edilir”.
R.Musabəyovun fikrincə, Azərbaycan Ordusu qonşu dövlətlərin orduları ilə müqayisədə böyük işlər görüb, uğurlar əldə edib: "Bu gün hər şey müqayisəli şəkildə aparılmalıdır. Reallıq odur ki, biz Azərbaycan Ordusunun təminatını ABŞ, yaxud Almaniya ordusunun təminatı ilə müqayisə edə bilmərik. Ancaq düşünürəm ki, bölgədə bizim hərbçilərimiz üçün lazımi işlər görülüb. Qonşu ölkələrlə - Rusiya, İran, Gürcüstanla müqayisədə Azərbaycan Ordusunda görülən işləri müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu müsbət dəyişikliklər davamlı olacaq".
Tədqiqatçı, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, yeni hərbi hissələrin tikilməsi, hərb sistemimizin kifayət qədər modernləşdirilməsi və zəngin maddi-texniki bazamızın olması Ermənistanı narahat edir:
"Hər birimiz ordumuzun keçirdiyi təlimləri və müsbət dəyişiklikləri ruh yüksəkliyi ilə izləyirik. Azərbaycan Ordusunda hərbi təlimlərin planlaşdırılmış formada davam etdirilməsi çox zəruri addımdır. Eyni zamanda mütəmadi olaraq həyata keçirilən hərbi təlimlər düşmən tərəfini hər zaman psixoloji gərginlikdə saxlayır. Bizim bütün təlimlərimiz Ermənistanda çox ciddi narahatlıqla izlənilir. Təbii ki, sülh danışıqlarını imitasiya etmək, Azərbaycanın torpaqlarını işğalda saxlamaq, status-kvonu bu yolla uzatmaq işğalçı Ermənistanın sonunu yaxınlaşdıracaq”.
17:51 / 10 May 2026
1
17:49 / 10 May 2026
15
17:37 / 10 May 2026
25
17:29 / 10 May 2026
36
17:19 / 10 May 2026
34
14:29 / 10 May 2026
71
14:25 / 10 May 2026
73
12:25 / 10 May 2026
662
12:22 / 10 May 2026
82
00:41 / 10 May 2026
362
00:37 / 10 May 2026
2719
00:33 / 10 May 2026
154
00:20 / 10 May 2026
410
00:18 / 10 May 2026
143
00:15 / 10 May 2026
138
00:05 / 10 May 2026
297
23:58 / 09 May 2026
1127
23:55 / 09 May 2026
129
23:54 / 09 May 2026
227
23:52 / 09 May 2026
147
23:46 / 09 May 2026
610
23:44 / 09 May 2026
143
23:27 / 09 May 2026
499
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.