Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
995
03.05.2020, 15:04
"Karantin depressiyası"nın əlamətləri açıqlanıb.
Rusiyalı həkim-psixoterapevt Ayna Qromova "Radio Sputnik"ə açıqlamasında bu barədə danışıb.
O bildirib ki, koronavirus pandemiyası səbəbilə özünütəcrid əksər şəxslərin psixikasını korlayıb:
"Məcburi karantindən dolayı bəzi adamlarda kliniki depressiya inkişaf edib. Bunun səbəbləri fərqli ola bilər, ancaq simptomlar həmişə oxşardır. Bunu hətta ailə üzvlərinin televizora baxması zamanı da hiss etmək olar.
Diqqət etməli olduğunuz ilk şey - artan qıcıqlanmadır. Həkimlər bu simptomu hiperesteziya və ya sinir sisteminin həssaslığı adlandırırlar. Əgər əvvəllər bir şəxs yüksək səsli televizorun yanından sakit şəkildə ötürdüsə, indi bu səs onda kəskin reaksiya yaradır. Fəlakətli nəticələrin qarşısını almaq üçün dərhal həyəcan siqnalına diqqət yetirməlisiniz.
Səhər yuxudan durarkən özünüzü üzərinizdən sanki yük maşınının keçdiyi kimi hiss edirsinizsə, bu amil sinir sistemini tükəndirə və kliniki depressiyanın daha da inkişafına səbəb ola bilər.
Əgər əvvəllər gülümsəyirdinizsə, xəyal edir və planlar qururdunuzsa, hazırda heç bir şey istəmirsinizsə, deməli bu da sizi xəbərdar etməlidir. Depressiya halında insanların yemək istəmədiklərini qeyd etmələri də çox vacibdir. Onlar üçün ət və otun dadı eyni olacaq. 30, 40 və ya 50 yaşda cinsi istəyiniz yoxdursa, bu da yaxşı hal deyil.
Sadə üsullardan istifadə edərək "karantin depressiyası"nı məğlub edə bilərsiniz. Bunun üçün şəxsi məkanın olması mütləqdir. Tək qalmaq istəyirsinizsə, bunu vaxtında edin".
21:32 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
365
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
87
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
75
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
379
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.