Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
26 Oktyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3935
03.05.2020, 11:47
Ailə üzvlərindən birinin aktiv əmək müqaviləsi olduğuna görə, digərinə birdəfəlik ödəmənin təyin edilməsindən imtina edilir. Bu isə vətəndaşlarda narazılığa səbəb olub. Çünki təyin edilən 190 manat ölkə üzrə bir nəfər üçün müəyyənləşdirilmiş yaşayış minimumunu qarşılamır. Əgər bir nəfər hər iki tərəfin yaşayış minimumunu qarşılayacaq qədər maaş almırsa, bu halda digər tərəfə ödəniş niyə düşmür?
Məsələ ilə bağlı Redaktor.az-a danışan tanınmış vəkil Roman Qaraşov bildirib ki, bu ödəmənin həyata keçirilməsi hazırki dönəmdə daha çox sosial dəstək məqsədi daşıyır:
"Dövlətin özünün bu ödənişləri həyata keçirməsi ilə bağlı mütləq öhdəliyi yoxdur. Lakin qeyd edilən dönəmdə iş yerlərinin bağlanması, əhalinin öz gəlirlərini sabit şəkildə saxlaya bilməməsi və məhdudiyyətlərin tətbiqi nəticəsində əlverişsiz durumun yaranması dövlətin bu cür addım atmasına səbəb olub. Burada bütün ehtiyacların maksimum həddə qarşılanmasından da söhbət getmir. Bu sadəcə sosial dəstək kimi verilir və ailədə bir nəfərin gəlirinin olması önəmli hesab olunur. Ona görə ki, ən azından minimum tələbatları ödəyə bilsin, zəruri ərzaq mallarını almaq imkanı olsun".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə bildirib ki, birdəfəlik ödəmə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir:
"Birdəfəlik ödəmənin təyin edilməsi Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar əsasında icra edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də birdəfəlik ödəmə ilə bağlı fəaliyyətini bu qaydalar əsasında həyata keçirir".
Qeyd edək ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün isə 170 manat məbləğində müəyyən edilib.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.