Naxçıvanda daha bir TƏYİNAT
08 May 2026, 00:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
870
02.05.2020, 00:14
Qoç - Günün birinci yarısı bir çox sınaqlardan keçməli olacaqsınız. Bədxahlarınızla mübarizə aparacaq, intriqaları ifşa edəcək və bir çox dolaşıq situasiyalardan çıxış yolu axtaracaqsınız. Bu isə həm əhvalınıza, həm səhhətinizə təsir edəcək. Günün ikinci yarısında özünüzü daha rahat hiss edəcəksiniz. Pulla bağlı məsələlərdə bəxtiniz gətirə bilər. Bahalı əşyalar ala bilərsiniz.
Buğa - Həm müstəqil fəaliyyət, həm də əməkdaşlıq üçün yaxşı gündür. İnsanlar informasiya mübadiləsi aparmaq, bir-birindən nəsə öyrənmək, başqalarının səmərəli təcrübəsindən yararlanmağa çalışırlar.
Əkizlər - Mövcüd işgüzar əlaqələr möhkəmlənir. Əməkdaşlığa mane olan fikir ayrılıqlarını aradan qaldırmaq olar. Həyatın bütün sferalarında dəyişikliklər etmək mümkündür. Bir çoxları çətin şəraitdən çıxış yolları axtarıb tapırlar. Bəziləri isə sevgini bir qırağa qoyub ümumi mənafelər naminə nikah bağlamaq niyyətindədirlər.
Xərçəng - Günün emosional fonu xoşdur. Nə olursa-olsun, əhvalınız yaxşı olacaq. Ətrafınıza xoş niyyətli insanları toplayırsınız, onlar çətin anlarınızda köməyinizə gəlir, hətta işlərinizi də sizin əvəzinizə görürlər. Məlahətinizdən məharətlə istifadə edərək düşmənlərinizi dosta çevirməyə çalışırsınız.
Şir -Özünüzdən bədgüman olmayın. O qədər də inamlı deyilsiniz. Lazım olmayan güzəştlərə gedirsiniz. Başqasının iradəsinə tabe olaraq sülhü qoruyursunuz, amma içiniz içinizi yeyir.
Qız - Gün başlayarkən özünüzü gümrah hiss edəcəksiniz, əhvalınız yaxşı olacaq. Amma optimizminizə güvənməyin: asan qələbə yoxdur. Rəhbərlik sizi düşüncəsizlikdə, işinizə qeyri-ciddi yanaşmaqda günahlandıra bilər. Əlbəttə, onların sözündə bir az həqiqət var, çünki məişət və şəxsi işləriniz sizə daha cəlbedici görünür və işdəki problemləri bir qırağa qoymaqda qərarlısınız.
Həmçinin oxuyun
Tərəzi - Şəxsi həyatınızda dəyişikliklər mümkündür. Bu gün "öz" adamlarınızı hiss edir, onlarla asan dil tapırsınız. Odur ki, bu gün başlanan eşq macəralarının davamı gələcək.
Əqrəb - Şəxsi həyatınızda da hər şey gözəldir. İntuisiyanız güclüdür. Öz hisslərinizi, həmçinin digərlərinin niyyətlərini düzgün təyin edirsiniz. Yalnız Xərçəngləri bu gün başgicəlləndirici eşq macərası gözləyir.
Oxatan - Çox məhsuldar gündür. Siz enerjili və qətiyyətlisiniz. Dialoqa hazırsınız. Düşmənlərinizin cəbhəsində yer alan insanları sizin tərəfinizə keçməyə inandıra bilirsiniz. Ola bilər ki, əlinizə pul gəlsin. O, gözlədiyinizdən qat-qat çox ola bilər.
Oğlaq - Uğurlu gündür. O, iş və təhsillə bağlı istənilən məsələnin həlli üçün uyğundur. İntellektual potensialınız çox yüksəkdir, siz yorğunluq hiss etməyəcəksiniz. Sərfəli əməkdaşlıq qurmaq üçün şansınız var, insanlar sizə tərəf can atırlar, onlarla işbirliyi yaratmaq işinizə yarayacaq.
Dolça - Qarışıq, mürəkkəb gündür. Hər şey ilk baxışdan göründüyü kimi deyil. Danışıqlara çox, işlərinizə isə az vaxt sərf edirsiniz. Çox nahaq. Düzdür, şirin söhbətdən əl çəkmək çətindir, amma işlərinizi sizin əvəzinizə heç kim görməyəcək.
Balıqlar - Mürəkkəb gündür. Belə görünə bilər ki, hər şey əladır: siz enerjilisiniz, ünsiyyətcil və cazibədarsınız. İşlərinizdəki irəliləyişə nə mane ola bilər ki? Amma yanılırsınız. Elə enerjinizin çox olması işləri korlayır - onu düzgün məcraya yönəldə bilmirsiniz. Bir çox Əkizlər aqressiv olacaqlar
00:53 / 08 May 2026
242
00:49 / 08 May 2026
254
00:47 / 08 May 2026
261
00:37 / 08 May 2026
95
00:31 / 08 May 2026
128
00:25 / 08 May 2026
90
23:52 / 07 May 2026
223
23:27 / 07 May 2026
222
23:07 / 07 May 2026
295
22:49 / 07 May 2026
221
22:46 / 07 May 2026
621
22:39 / 07 May 2026
277
22:33 / 07 May 2026
215
22:10 / 07 May 2026
272
21:54 / 07 May 2026
268
21:43 / 07 May 2026
259
21:29 / 07 May 2026
109
21:16 / 07 May 2026
531
21:05 / 07 May 2026
121
20:54 / 07 May 2026
124
20:43 / 07 May 2026
117
20:40 / 07 May 2026
111
20:26 / 07 May 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.