Qaynar xətt:

(+99450) 247 90 86

40 dərəcə isti olacaq - ŞOK PROQNOZ

CƏMİYYƏT

1102

20.06.2018, 12:50

\"\" Bakıda və Abşeron yarımadasında iyunun 21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33,  Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.   Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində iyunun 21-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.   Azərbaycanın rayonlarında iyunun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.   Havanın temperaturunun gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.   Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 21-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.