Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
26 Oktyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
647
30.04.2020, 20:44
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistandakı erməni-rus problemləri ilə bağlı açıqlamalarından sonra baş nazirlə "böyük sahib" (Kreml) arasındakı toqquşmalar və daxili siyasi qarşıdurmalar kəskinləşməyə başladı. Ermənistanın siyasi həyatındakı bu gözlənilməz gərginlik Lavrovun açıqlamaları ilə üst-üstə düşür”.
Teleqraf.com xəbər verir ki, bu sözləri erməni siyasi analitik Akop Badalyan deyib.
Badalyan qeyd edib ki, əslində rusiyalı nazirin açıqlamaları Ermənistanda daxili siyasi gərginlik və ya qarşıdurmanı daha da artırdı:
“Lavrovun bu açıqlamaların əsas hədəfinin bu olduğunu demək çətindir, amma daxildə siyasi gərginliyin bundan sonra artması da göz önündədir.
Eyni zamanda, Rusiyanın bu təzyiqlərinə qarşı Ermənistanın “immunitet sistemi”nin işləyib-işləməməsi ilə bağlı sual ortaya çıxa bilər ki, bu da kəskinləşmədə özünü göstərir. Baş verənlərdən bu qənatə gələmk olar ki, Ermənistanın institusional bir immunitet sisteminə ehtiyacı var. Amma Ermənistanın immun müdafiəsinin institusional səviyyəsinə nə vaxt keçəcəyi hələ məlum deyil.
Kəskinləşmə ilə Lavrovun ifadələri arasındakı əlaqəyə gəlincə, pandemiyanı da nəzərə alsaq, Ermənistan həm ənənəvi, həm də yeni problemlərlə üzləşir. Rusiya bu mənada “universal” təhdid mənbəyidir və burada Lavrov amili əlbəttə, diqqət çəkir.
Bütün problem ondadır ki, hakimiyyət məsələsində Rusiya özü də güclü daxili və xarici təzyiq altında qalmaqdadır. Böyük ehtimalla Lavrovun bu açıqlaması, bu nöqteyi-nəzərdən Rusiyanın Ermənistanı itirə biləcəyi narahatlığından irəli gəlir. Onun bu narahatlığı istər pandemiyanın, istərsə də Ermənistanın yeni hakimiyyətinin yaratdığı narahtlıqlara əsaslanır. Dünyada yeni geosiyasi mənzərənin yaranması Moskvada təkcə Ermənistanla bağlı yox, ümumən Qafqazla bağlı ciddi təşvişlərə səbəb olur”.
Badalyan Rusiyanın Ermənistanın əlindən çıxması ilə razılaşmaq istəmədiyini bildirib:
“Rusiya Ermənistanın taleyini mərcə qoyub. Bəs, Rusiya bundan qazanclı çıxa biləcəkmi? Bu oyunlara davam edəcəksə, o zaman “böyük və güclü rus”un boynunu bükməyə yaxın olan türkün (Azərbaycan) qələbəsinə hazır olmalıdır”.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.