Bakının qış havası təhlükədə: Zəhərli tullantılar havaya qarışır - Ekoloqdan XƏBƏRDARLIQ
27 Oktyabr 2026, 19:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
807
30.04.2020, 19:21
Karantin müddətində hamımızda fiziki aktivlik azalmışdır.
Oxu24.com Trend-ə istinadən bildirir ki, bu müddət ərzində əksəriyyət insanlar internet və sosial şəbəkələrdə çox vaxt keçiriblər. Təəssüflər olsun ki, bu bədənin fiziki durumuna öz təsirini göstərir. Eyni zamanda, qarşıdan yay gəlir və sirr deyil ki, çoxumuz sağlam, qamətli və gözəl görünmək istəyirik.
Bədən quruluşunun gözəl olmasına çalışan hər kəs ilk öncə qarın əzələlərini düşünur. Qarın əzələlərinin düz və gözəl relyefi olması uzunmüddətli məşqlərin nəticəsi ola bilər. Qarın əzələləri üçün idman hərəkətləri çoxdur. Amma bildiyimiz kimi, bu idman hərəkətləri fərdi seçilməlidir və onurğada problemlər varsa, bəzi hərəkətlərin edilməsi məsləhət deyil.
Bəs belimizdə ağrı olursa, bizə qarın əzələləri üçün hansı hərəkətlər uyğundur? Bu son vaxtlar pasiyentlərim tərəfindən mənə ən çox verilən suallardan biridir. Məhz buna görə mən sizin üçün 5 idman hərəkəti seçmışəm. Bunlar həm qarın əzələləri üçün, həm də belinizin sağlamlığı üçün faydalıdır. Hər zaman dediyim kimi, idman hərəkətləri heç bir ağrı verməməlidir. Əgər hansısa hərəkət zamanı siz ağrı hiss edirsizsə, onu dərhal dayandırın.
1. Arxası üstə uzanırsız. Qollarınızı yana qoyun. Dizlərinizi bükün, bir-birinə yaxınlaşdırın. Qarın əzələlərini sıxmaqla dizlərinizi sola və sonra sağa hərəkət etdirin. Bu hərəkətin həcmi hər kəs üçün fərdidir - bəziləriniz dizlərini yerə kimi apara bilər, bəziləri daha az hərəkət edə bilər. Hərəkət narahatçılıq və ağrı verməməlidir. 15 dəfə təkrarlayın.
2. Arxası üstə uzanırsız. Dizlərinizi bükün. Əlinizin birini belinizin altına qoyun. Qarın əzələsini sıxın və belinizlə əlinizi sıxın. 5 -10 saniyə saxlayın. 3 dəfə təkrarlayın.
3. Arxası üstə uzanırsız, dizləriniz bükülmüş vəziyyətdədir. Qarın əzələlərini sıxın, çanağınızı qaldırın və yerə qoyun. 15 dəfə təkrarlayın.
4. Yan planka. Plank idman hərəkəti çox populyardır. Amma hərəkət düzgün olmalıdır və vaxta görə çox uzun olmamalıdır. Planka başlayanda 5-10 saniyəlik saxlayın. Bir müddətdən sonra tam arxayın və güclü olandan sonra siz bu hərəkətin vaxtını artıra bilərsiz. Plankanı dizləri bükülmüş variantdan başlayın - bu, daha asandır. Çiyniniz dirsəyin üstündə olmalıdır. Qulaqdan ayaqlara kimi düz xətt kimi olmalıdır. Çalışın boynunuzu düz saxlayasınız. Hərəkəti tam rahat və asan hiss edirsizsə, dizlərinizi açın və düz ayaqlarla plankanı edin.
5. Arxası üstə uzanın. Belinizi tam yerdə saxlayın, bel və yer arasında məsafə qalmasın. Belinizi yerdən qaldırmayın. Ayağınızı 90 dərəcədə dizdən bükün. Qarın əzələsini sıxın və ayaqlarınızı qaldırın. Çiyinlərinizi 10 sm yerdən qaldırın. 10 saniyə saxlayın və 5 dəfə təkrarlayın.
Bu idman hərəkətləri həm qarın əzələlərini tonusda saxlamaq üçün, həm də beliniz üçün faydalıdır.




19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.