Qubada avtomobil yeniyetməni vurub
19 Noyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1527
30.04.2020, 16:03
Sumqayıtda vətəndaşlar ödənişli ictimai işlərə cəlb olunur.
Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov Xeberle.com-a açıqlamasında bildirib ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə aprel-may ayları üzrə Sumqayıt şəhərində yaradılan 4000 ictimai iş yerləri ilə təmin olunmaq üçün Məşğulluq Mərkəzinə 1200 müraciət daxil olub və işlə təmin olunublar.
Yeni yaradılan iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi, karantin dövründə ehtiyaclı ailələrə maddi yardımların çatdırılması, eləcə də abadlaşdırma, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. kimi sahələri əhatə edir.
Aylıq əmək haqqı isə, minimum əmək haqqı, yəni 250 manat nəzərdə tutulub:
"Sumqayıt şəhər Məşğulluq Mərkəzi sakinlərinin diqqətinə çatdırır ki, karantin rejimi dövründə işsiz qalmış şəxslər ödənişli ictimai işlərə cəlb olunmaları ilə bağlı Məşğulluq Mərkəzinə zəng edə (64-2-02-57. 64-2-02-17. 64-2-19-07) və ərazi Mənzil İstismar Sahələrinə müraciət edə bilərlər".
Qeyd edək ki, ödənişli işlərə başlamaq istəyən işsizlər qeydiyyatda olduqları şəhər və ya rayon məşğulluq mərkəzlərinə müraciət etməlidir. Hazırda işsizlərin ictimai işlərə cəlb olunma prosesi davam edir.
DOST İş Mərkəzi ilə ödənişli ictimai işlərə cəlb olunan şəxslər arasında əmək müqaviləsi bağlanılaraq elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması, işsizlik səviyyəsinin minimuma endirilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Sumqayıt şəhərində də sakinlərin ödənişli ictimai işlərə cəlb olunması tədbirlərinə başlanılıb.
11:05 / 19 Noyabr 2026
14
11:00 / 19 Noyabr 2026
24
11:00 / 19 Noyabr 2026
27
10:55 / 19 Noyabr 2026
28
10:47 / 19 Noyabr 2026
64
10:32 / 19 Noyabr 2026
252
10:21 / 19 Noyabr 2026
180
10:19 / 19 Noyabr 2026
222
10:11 / 19 Noyabr 2026
80
10:07 / 19 Noyabr 2026
87
09:58 / 19 Noyabr 2026
533
09:56 / 19 Noyabr 2026
98
09:48 / 19 Noyabr 2026
118
09:45 / 19 Noyabr 2026
94
09:41 / 19 Noyabr 2026
99
09:37 / 19 Noyabr 2026
103
09:30 / 19 Noyabr 2026
95
09:27 / 19 Noyabr 2026
106
09:14 / 19 Noyabr 2026
190
09:13 / 19 Noyabr 2026
103
09:12 / 19 Noyabr 2026
98
09:10 / 19 Noyabr 2026
266
00:22 / 19 Noyabr 2026
443
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.