Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1848
30.04.2020, 09:04
“Düşünürəm, karantin rejimi mayın 4-dən sonra da davam edəcək. Digər ölkələrin təcrübəsindən istifadə olunmalıdır. Azərbaycanda yumşalmalar mərhələ-mərhələ gedəcək. Bu mərhələlər yaya qədər davam edəcək”.
Oxu24.com bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
“Deputat qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı proqnoz vermək olduqca çətindir, ölkələr bir-birilərinə baxıb addım atırlar:
“Karantin rejimindən imtina edilməsi, həyatın bərpa olunması çətin olacaq. Virus iqtisadiyyata böyük ziyan vurur. Strateji iş yerləri fəaliyyətini bərpa etməli, sosial məsafə saxlamaqla işlərini həyata keçirməlidirlər. Hələ bu məsələdə konkret qərar yoxdur.
Milli Məclisin komitə iclasları onlayn rejimdə keçirilir, sənədlər də elektron verilir. Bu, bizim alışmadığımız məsələlərdir, çətinliklər yaradır. Digər bir məsələyə toxunum, ailə qalıb rayonda, Bakıda tək yaşayıram. Onlar Bakıya gələ bilmir, çalışacam, gətirim.
Yəni deməyim odur ki, karantin rejimi hamının həyatına təsir edib. Koronavirus vacib məqamları da üzə çıxardı, intizamın nə dərəcə mühüm olduğu məlum oldu. Baxın, nə qədər insan işsiz kimi qeydiyyata alınmamışdı, bəziləri müqaviləsiz işləyirdilər. Bütün bunlar üzə çıxdı. Təbii ki, bu proses ölkəni silkələyib.
Çətinliklər var, banklara krediti olan insanlar kifayət qədərdir, özümün və ailəmin də kredit borcu var. Bizə kredit borcu ilə bağlı yaranmış problemlərlə əlaqədar müraciətlər çox olur. Lombardlarla bağlı xüsusi müraciətim oldu.
Vətəndaşlar iki aydır, işləmirlər, lombardlar faizi istəməməlidir. Əgər lombard sahibi ziyana düşərsə, dövlət dəstək verməlidir. Dövlətin dəstəyi olmadan bu işləri yoluna qoymaq çətin olar. Azərbaycanda lombardların fəaliyyəti ilə bağlı müfəssəl qanun yoxdur.
Bunların hüquqi tənzimlənməsi mexanizmi olmalıdır”.
18:05 / 27 Oktyabr 2026
25
18:05 / 27 Oktyabr 2026
30
18:02 / 27 Oktyabr 2026
29
18:00 / 27 Oktyabr 2026
45
17:50 / 27 Oktyabr 2026
51
17:33 / 27 Oktyabr 2026
627
17:29 / 27 Oktyabr 2026
72
17:27 / 27 Oktyabr 2026
107
17:19 / 27 Oktyabr 2026
89
17:16 / 27 Oktyabr 2026
76
17:13 / 27 Oktyabr 2026
80
17:02 / 27 Oktyabr 2026
125
16:56 / 27 Oktyabr 2026
78
16:51 / 27 Oktyabr 2026
87
16:49 / 27 Oktyabr 2026
143
16:39 / 27 Oktyabr 2026
180
16:25 / 27 Oktyabr 2026
454
16:12 / 27 Oktyabr 2026
154
16:09 / 27 Oktyabr 2026
110
16:06 / 27 Oktyabr 2026
120
16:04 / 27 Oktyabr 2026
71
15:57 / 27 Oktyabr 2026
460
15:43 / 27 Oktyabr 2026
717
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.