Qaynar xətt:

(+99450) 247 90 86

Heyvana işgəncə verən şəxsi hansı cəza gözləyir? – VƏKİL AÇIQLADI 

Heyvana işgəncə verən şəxsi hansı cəza gözləyir? – VƏKİL AÇIQLADI 

HÜQUQ

69

27.10.2026, 17:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tərtər rayonunda itə işgəncə verilməsi ilə bağlı hadisə heyvanlarla qəddar rəftar məsələsini yenidən gündəmə gətirib.

Vəkil Esmira Rzayeva Oxu24.com-a  bildirib ki, Azərbaycanda heyvanlarla qəddar və rəhmsiz rəftar qanunvericiliklə məsuliyyət yaradır.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, o cümlədən onlara ağrı, əzab və işgəncə verilməsinə, heyvanların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.

Vəkil Esmira Rzayeva qeyd edib ki, bu əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə cərimənin məbləği 800 manatdan 1 000 manatadək artır. Heyvana qarşı rəhmsiz rəftar onun şikəst edilməsinə səbəb olduqda 1 000 manatdan 1 500 manatadək, heyvanın tələf olması ilə nəticələndikdə isə 1 500 manatdan 2 000 manatadək cərimə tətbiq oluna bilər.

Vəkilin açıqlamasına görə, işin hallarından və xətanı törədən şəxsin şəxsiyyətindən asılı olaraq, qanunvericilikdə bir ayadək müddətə inzibati həbs də nəzərdə tutulur.

Qeyd edək ki, heyvanlarla rəhmsiz rəftar hallarının qarşısının alınması və bu cür əməllərə yol verən şəxslərin qanun qarşısında məsuliyyət daşıması heyvanların müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Jalə