Qaynar xətt:

(+99450) 247 90 86

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA 

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA 

CƏMİYYƏT

88

27.10.2026, 16:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Oxu24.com-a  Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu da müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.

Beləliklə, ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.

Bundan əvvəl oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları ödənilib.