Xərçəngin dərmanı bu meyvə imiş
15 Fevral 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
965
30.04.2020, 00:10
Qoç - yaxınlarınızla çox yaxşı yola gedəcək, rəğbət bəslədiyiniz adamların əhatəsində vaxtınızı xoş keçirəcəksiniz. Sevgi etirafı barədə qərar vermək olar - onu diqqətlə eşidəcək və bəyənəcəklər.
Buğa - işlər pis getmir. Bu gün nə ciddi problemlər, nə də aşılmaz çətinliklər gözlənilir. Yeni işlərə başlamaq olar. Onların öhdəsindən kifayət qədər tez, səhvə yol vermədən və hədər yerə güc sərf etmədən gələcəksiniz. Gün maraqlı görüşlər və xoş xəbərlər vəd edir.
Əkizlər - gün əziyyətli keçəcək. Məşğul olduğunuz iş sizə maraqlı gəlməyəcək. Amma çətin ki, bu işdən xilas ola biləsiniz. Kübar tədbirlərə yollansanız, ehtiyatlı olun - gülünc vəziyyətə düşmək təhlükəsi var.
Xərçəng - çox əlverişli və məhsuldar gündür. Əvvəlcədən qurduğunuz planlara uyğun hərəkət etməkdə sizə heç nə mane olmayacaq. Təşkilatçılıq qabiliyyətiniz açıq şəkildə ortaya çıxacaq, istənilən kollektivdə yaxşı rəhbər olmaq gücündəsiniz. Siz yüksək vəzifəli şəxslərlə əla yola gedirsiniz. Bu, bir çox peşə məsələlərinin həllini asanlaşdıracaq.
Şir - yaradıcılıq qabiliyyətinizin ortaya çıxması və intuisiyanızın güclənməsi ilə yadda qalacaq. Bu saatlarda xoşagəlməz nəticələrdən ehtiyatlanmadan hisslərinizə güvənə bilərsiniz.
Qız - Bütün planları həyata keçirmək mümkün deyil. Bunu nə qədər tez anlasanız, gücünüzə bir o qədər qənaət etmiş olarsınız. Nəzərə almaq lazımdır ki, dostların, həmkarların və qohumların köməyinə bel bağlamağa dəyməz. Əgər nəyəsə nail olmaq istəyirsinizsə, təkbaşına hərəkət edin. Maliyyə mənzərəsi əlverişli deyil, bazarlıqlardan çəkinsəniz yaxşıdır.
Həmçinin oxuyun
Tərəzi - vəziyyəti yaxşılığa doğru dəyişmək olar. Bunun üçün birincisi baş verənləri sakitcə götür-qoy etmək, ikincisi tamamilə yeni fəaliyyət planı qurmaq lazımdır. Bu yerdə yaradıcılıq qabiliyyətiniz tam yerinə düşəcək. Çünki istənilən hədəfə çatmaq üçün orijinal üsullardan istifadə etmək daha yaxşıdır.
Əqrəb - təmaslarda səlis olun. Bu, tək qalmağın kim gəldi onun yanında dayanmaqdan daha yaxşı olduğu günlərdəndir. Yeri gəlmişkən, tənhalıqda yaxşı-yaxşı düşünmək olar və sizin üzərində fikirləşməyə nəyinizsə var. Hətta, beyninizə gələn ən qeyri-adi ideyalar da xüsusi diqqət və ciddi müzakirəyə layiqdir. Tamamilə yeni nəsə fikirləşmək şansı var.
Oxatan - çətin vəziyyətə düşəcəksiniz: özünüzün işgüzar maraqlarınız və dotslarınıza kömək arasında seçim etməli olacaqsınız. Yerinə yetirməyin çətin olduğu və imtina edə bilmədiyiniz xahişlərin çox olduğu şəraitdə ruhi tarazlığı qorumaq müşkül məsələdir. Köməkçiləriniz çox az, etibarlı köməkçiləriniz isə ümumiyyətlə yoxdur. Ona görə də hər şeyin yaxşı olmadığını istəyirsinizsə, təkbaşına hərəkət edin.
Oğlaq - ünsiyyətə meylli deyilminiz. Bu ətrafdakıların zövqüncə olmaya bilər. Amma diqqəti işə yönəltməyə, hansısa çətin məsələləri sakitcə həll etməyə imkan verəcək. Sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olan Oğlaqlar bu gün formallıqları qaydaya sala biləcək, lazım olan möhür və imzaları alacaqlar.
Dolça - günün əsas tendensiyası əlverişlidir. O, həyatın müxtəlif sahələrində dəyişikliklər, maraqlı ideyaların yaranması, müttəfiqlər və həmfikirlərin tapılması ilə yadda qalacaq. Siz nəsə tamamilə yeni bir şey istəyirsiniz. O da faktdır ki, bunun uğrunda zəhmət çəkmək sizi qorxutmur.
Balıqlar - bu gün bel bağlaya biləcəyiniz yeganə şy sevdiyiniz adamın anlayışıdır. Öz "yarısı"nı tapmamış Balıqlar bu gün ilk baxışdan, özü də uyğun olmayan adamlara vurulmağa meyllidirlər.
00:25 / 15 Fevral 2026
17
00:04 / 15 Fevral 2026
31
23:28 / 14 Fevral 2026
37
23:19 / 14 Fevral 2026
41
23:14 / 14 Fevral 2026
80
23:05 / 14 Fevral 2026
40
22:54 / 14 Fevral 2026
39
22:51 / 14 Fevral 2026
44
22:49 / 14 Fevral 2026
40
22:35 / 14 Fevral 2026
292
22:19 / 14 Fevral 2026
1828
22:15 / 14 Fevral 2026
71
22:12 / 14 Fevral 2026
150
21:53 / 14 Fevral 2026
992
21:50 / 14 Fevral 2026
230
21:49 / 14 Fevral 2026
63
21:30 / 14 Fevral 2026
1033
21:21 / 14 Fevral 2026
54
21:09 / 14 Fevral 2026
229
20:54 / 14 Fevral 2026
83
20:48 / 14 Fevral 2026
84
20:37 / 14 Fevral 2026
615
20:30 / 14 Fevral 2026
351
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.