Ağzım açılsa, pis açılacaq - Elgizdən Laləyə ŞOK SÖZLƏR
19 Noyabr 2026, 17:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
531
19.04.2020, 21:24
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradılıb.
Qeyd edilib ki, Rusiya ərazisində müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaq və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə köməklik göstəriləcək.
Bu ilin 18 aprel tarixindən başlayan qeydiyyat 23 aprel tarixi Moskva vaxtı ilə saat 00.00-dək davam edəcəkdir.
Portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin olunması istiqamətində işlər tənzimlənəcəkdir.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı vətəndaşlarının sərhəd keçid məntəqələrinə gedib gözləmələrinə heç bir lüzum yoxdur və yuxarıda qeyd olunan internet səhifəsində qeydiyyatdan keçən vətəndaşlara ölkəyə geri qayıtmaları ilə bağlı telefon zəngləri vasitəsilə öncədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş karantində yerləşdiriləcəkdir.
17:58 / 19 Noyabr 2026
7
17:50 / 19 Noyabr 2026
39
17:47 / 19 Noyabr 2026
78
17:45 / 19 Noyabr 2026
41
17:41 / 19 Noyabr 2026
44
17:34 / 19 Noyabr 2026
60
17:30 / 19 Noyabr 2026
67
17:20 / 19 Noyabr 2026
65
17:15 / 19 Noyabr 2026
68
17:01 / 19 Noyabr 2026
126
16:51 / 19 Noyabr 2026
293
16:50 / 19 Noyabr 2026
121
16:48 / 19 Noyabr 2026
93
16:35 / 19 Noyabr 2026
110
16:29 / 19 Noyabr 2026
101
16:24 / 19 Noyabr 2026
106
16:18 / 19 Noyabr 2026
125
16:15 / 19 Noyabr 2026
375
16:12 / 19 Noyabr 2026
100
16:10 / 19 Noyabr 2026
125
16:08 / 19 Noyabr 2026
106
16:02 / 19 Noyabr 2026
123
15:59 / 19 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.