Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
776
18.04.2020, 20:18
Pensiyaların təyin edilməsi zamanı vətəndaşların sığorta stajı ilə yanaşı, 2006-cı ilə qədər olan əmək stajı da diqqətə alınmalıdır.
Oxu24.com-un məlumatına görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, bir sıra vətəndaşlara təyin edilmiş əmək pensiyası məbləğinin əmək pensiyasının minimum məbləğindən aşağı olduğu halda 200 manata çatdırılmasına baxmayaraq, həmin müddəaların müvafiq dəyişikliyin qüvvəyə mindiyi günə kimi 200 manat və daha artıq məbləğdə pensiya alanlara şamil edilməməsi bu şəxslərin sosial təminat hüququnun pozulmasına səbəb olur.
Ona görə də Ombudsman hesab edir ki, Azərbaycan Respublikasının 2009-cu il 19 fevral tarixli qanunu qüvvəyə minənədək pensiya təyin edilmiş şəxslərin də pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib olaraq artırılması məqsədə müvafiqdir.
“Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə (yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri) əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Maddənin qeyd hissəsinə görə, 2017-ci il iyulun 1-dən başlayaraq bu maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Lakin əmək pensiyasının minimum məbləğinin 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən edildiyini nəzərə alsaq, işləyən şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməyəcəyi narahatlıq doğurur. Odur ki, vətəndaşların yaşa görə əmək pensiyası hüququnun səmərəli tətbiqi məqsədi ilə müvafiq maddəyə dəyişiklərin edilməsi zəruridir”, - deyə hesabatda qeyd olunur.
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.