Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
865
18.04.2020, 13:07
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hakimiyyət ölkədə defolt elan etməyə hazırlaşmır və Beynəlxalq Valyuta Fondundan maliyyə köməyi almaq niyyətindədir.
Virtualaz.org xəbər verir ki, Zelenski belə bəyanatla ölkədə koronavirus pandemiyası ilə bağlı ağırlaşan maliyyə durumu barədə danışarkən çıxış edib.
“İnsan bir həftə susuz yaşaya bilərmi? Nəyə görə axı? Beynəlxalq Valyuta Fondu ilə bağlı situasiya da belədir. Nəyə görə biz riskə gedək və situasiyanı defolta gətirib çıxardaq, nəyə görə bütün bu sınaqlarla üzləşməliyik? Onsuz da bu sınaqlar kifayət qədərdir”,-Ukrayna prezidenti ölkənin Beynəlxalq Valyuta Fondunun kreditləri olmadan keçinməsinin mümkünlüyü haqda suala cavabında deyib.
Onun sözlərinə görə, indiki situasiyada maliyyə dəstəyi ölkəyə çox lazımdır. Çünki başqa vaxtlar olsaydı Beynəlxalq Valyuta Fondundan kredit almağın nə dərəcədə lazım olduğunu müzakirə etmək olardı. “İndi isə bu insan orqanizminə qan qədər vacibdir”,- o deyib.
Zelenski deyib ki, Ukrayna Beynəlxalq Valyuta Fondundan ən azı 8 milyard dollar kredit almaq barədə anlaşıb. Dünya Bankının və Avropa İttifaqının vəsaitlərini də bura əlavə edəndə ölkəyə 10 milyard dollar daxil olacaq. “Ən azı 8 milyard nəzərdə tuturuq. Lakin mən 10 milyard gələcəyini gözləyirəm, üstəlik mən sizə açıq deyirəm ki, az qala hər gün digər ölkələrin, Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın, Kanadanın, Almaniyanın liderləri ilə danışıram və Angela Merkelə minnətdaram. Yəni bizdə çoxlu pul olacaq”,- Zelenski bildirib.
21:58 / 26 Oktyabr 2026
9
21:53 / 26 Oktyabr 2026
12
21:44 / 26 Oktyabr 2026
33
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
36
21:05 / 26 Oktyabr 2026
599
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
389
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.