Qaynar xətt:

(+99450) 247 90 86

YouTube koronavirusla bağlı qərarını dəyişdi

YouTube koronavirusla bağlı qərarını dəyişdi

CƏMİYYƏT

444

14.04.2020, 20:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

YouTube rəsmiləri koronavirusla əlaqədar materialların paylaşılması ilə bağlı verilən qərarı dəyişiblər.

Oxu24.com ted.az-a istinadən bildirir ki, platformaya koronavirus ilə bağlı video yükləndikdə kontentin gəlir gətirmə xüsusiyyəti avtomatik dayandırılırdı.

Artıq hər video diqqətlə təhlil ediləcək və problemsiz kontentlərə hansısa sanksiya tətbiq olunmayacaq.

Platformadan verilən məlumatda bildirilib ki, yüklənilən kontentin infeksiya ilə bağlı olaraq haqsız yerə blok edildiyi, yaxud sanksiya tətbiq olunduğu hal yaşanarsa, şikayət məktubu vasitəsilə məlumat verərək YouTube-un işinə kömək göstərmiş olarsınız.