Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
26 Oktyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
954
14.04.2020, 17:50
Sağlamlıq baxımından əhəmiyyətli olan və alış-veriş zamanı diqqət etdiyimiz nöqtələrdən biri də son istifadə tarixləridir.
Oxu24şcom xəbər verir ki, bəzi qidaların son istifadə tarixi keçsə belə, onlar yararlılığını saxlayır.
Şokolad
Son istifadə tarixi keçsə də, şokoladın dadı dəyişmir. Uzun müddət qalan şokoladın üzərində ağ təbəqə yarana bilər. Bu, kif deyil. Onun tərkibindəki şəkər və ya yağın kristallaşmasıdır

Çiy məhsullar
Çiy ət və ya toyuq kimi məhsullar soyuducuda 2 gündən çox qalmaz. Amma donduraraq ömrünü uzada bilərsiniz. Dondurulmuş qiymə 3-4, toyuq isə 1 ay bu şəraitdə qala bilər. Bunun səbəbi isə qida zəhərlənməsinə gətirib çıxaran bakteriyaların soyuqda inkişafının dayanmasıdır.

Çörək
Üzərində kif yaranmadığı müddətdə rahatlıqla yeyə bilərsiniz. Soyuducuda saxlamaq da çörəyin ömrünü uzadır.


Biskvit
Biskvitin təzə olub-olmadığını boyatlaşmış və ya yumşaq vəziyyətindən anlayırıq. Lakin istehsal paketi açılmamış biskviti istehsal tarixindən 3-5 həftə sonra da yeyə bilərsiniz.

Qəhvə
Paketlənmiş qəhvəni sərin və quru yerdə saxladığınız müddətdə 2-20 ilə qədər ömrünü uzada bilərsiniz. Soyuducuda bu müddət daha da uzanır. Ancaq türk qəhvəsini soyuducuda saxlamayın. Onun nəmi qəhvənin dadını dəyişəcək.

Bal
3 min ilə qədər ömrü olan balın ən böyük sirri tərkibində nəmin olmamasıdır. Çox insan xarlanmış balı xarab olmuş qəbul edir. Lakin bu, yanlış fikirdir.

Pendir
Pendirin xarab olub-olmamasını anlamağın ən yaxşı yolu qoxusudur. Kiflənən pendirin kiflənmiş yerlərini kəsib ataraq istifadə edə bilərsiniz. Lakin qoxusu ciddi dərəcədə narahat edirsə, yeməyin.

Makaron
Mütəxəssislərə görə, quru makaronun paketini açmasanız, son istifadə tarixindən 2 il keçsə də, istifadəyə yararlıdır. Lakin təzə makaronlar belə deyil. Son istifadə tarixindən ən çox 5 gün keçməsi təqdirində yeyə bilərsiniz. Bişmiş makaron isə soyuducuda 7 gün qala bilər.

Turşu
Turşuları soyuducuda hava almayan qabın içində 2 ilə qədər saxlaya bilərsiniz. Lakin daha çox qalanda yumşala, ləzzəti pozula bilər.

Konservləşdirilmiş ərzaqlar
Son istifadə tarixi ən əhəmiyyətli olan qidalar arasında konservləşdirilmiş ərzaqlar var. Bir çox konservləşdirilmiş ərzaq son istifadə tarixinin keçməsindən sonra belə yaxşı qalır. Lakin pomidor, ananas kimi turşuluğu çox olan ərzaqlar buraya daxil deyil.

Qatıq
Marketdən alınan qatığın 6 həftə ömrü var. Qapağı açılmadan soyuducuda saxlansa, son istifadə tarixindən 1-2 həftə sonra da istifadə edilə bilər.

Ketçup və xardal
Ketçup və xardal kimi sosların qapağı açılmadığı təqdirdə son istifadə tarixinin keçməsindən sonra da etibarlı şəkildə istifadə oluna bilər. Ağzı açılmış ketçup 6, xardal isə 1 ilədək yararlılığını itirmir.

22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.