Dövlət Agentliyində yeni kadr təyinatları - Siyahı
26 Oktyabr 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
687
08.04.2020, 23:46
Koronavirusa yoluxma riskini azaltmaq üçün insanlar antiseptiklərdən daha çox istifadə etməyə başlayıb. Bəziləri yarım saatdan bir dezinfeksiyaedici məhluldan istifadə edir, hətta üzlərini də bu vasitə ilə silirlər. Lakin bütün dünyanın tibb işçiləri antibakterial gel və ya spreyi sabunla əvəzləmək barədə çağırış edirlər.
Antiseptiklər hansı təhlükəni daşıyır, su və sabun mikroblarla mübarizədə niyə iki dəfə daha effektivdir?
Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, media.az bu suallarla Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudova müraciət edib.
Onun sözlərinə görə, əl üçün dezinfeksiyaedicilər spirtin yüksək konsentrasiyası səbəbindən təhlükəli ola bilər. O, dəriyə təmas edərkən allergik reaksiyalara, xüsusi həssas insanlarda isə dermatitə gətirib çıxara bilər.
"Ölkəmizdə sanitayzerlər əsasən iki növdür: spirt və bitki yağları (məsələn, evkalipt, yəni daha üzvi) əsaslı. Əlbəttə ki, hipoallergikliyinə görə, xüsusən də uşaqlar üçün üzvi olanlardan istifadə edilməsi tövsiyə olunur. Uşaqlarda spirt məhlulundan hətta bir dəfə istifadə etdikdən sonra allergik səpkilər və bununla bağlı ağırlaşmalar başlaya bilər.
İnsanlar tez-tez 90 faizlik spirtdən istifadə edirlər - o, dərini qurudur və zədələyir, bu da bədənin səthini infeksiyaya qarşı daha həssas vəziyyətə gətirir.
İmkan varsa, əli sabunla yumaq daha səmərəli və təhlükəsizdir. Spirtli antiseptiklərdən zəruri hallarda və tərkibində az miqdarda alkoqol olduğu halda istifadə edilməlidir", - deyə A.Maqsudov qeyd edib.
Doktor həmçinin, mənşəyi bilinməyən antiseptiklərdən (məsələn, ictimai yerlərdə) istifadə olunmasını tərkibi naməlum olması səbəbindən tövsiyə etmir.
"Məhlulun tərkibində fərdi dözümsüzlük yaradan və allergik reaksiyalarla nəticələnən komponentlər ola bilər", - deyə həkim bildirib.
Onun sözlərinə görə, bu günə qədər sanitayzerlərdən zəhərlənmə ilə bağlı şikayətlər qeydə alınmayıb. Lakin A.Maqsudov bunu istisna etmir:
"Spirtli məhlullara tənəffüs orqanları xəstəlikləri ilə əlaqədar kəskin spirt qoxusuna həssas olanlar, xüsusən də uşaqlar risk qrupundadır. Bu tip insanlara üzvi sanitayzerlərdən istifadə etməyi və mümkün olduğu qədər əlləri adi qaydada sabunla yumağı tövsiyə edirəm".
Toksikoloq bəzi vətəndaşların dezinfeksiya etmək və özlərini virusdan qorumaq üçün maskaya spirt hopdurduqlarını söyləyib. O, bu cür hərəkətləri mənasız və hətta zərərli adlandırıb.
"Spirt buxarı ilə nəfəs almaq təhlükəlidir. Bu vəziyyətdə mikrob və virus əleyhinə təsir olmayacaq, yalnız əbəs yerə tənəffüs sistemini qıcıqlandıracaqsınız", - deyə Azər Maqsudov vurğulayıb.
00:00 / 27 Oktyabr 2026
15
23:43 / 26 Oktyabr 2026
68
23:30 / 26 Oktyabr 2026
61
23:16 / 26 Oktyabr 2026
77
23:08 / 26 Oktyabr 2026
64
22:58 / 26 Oktyabr 2026
76
22:56 / 26 Oktyabr 2026
77
22:51 / 26 Oktyabr 2026
61
22:34 / 26 Oktyabr 2026
306
22:30 / 26 Oktyabr 2026
75
22:11 / 26 Oktyabr 2026
77
22:11 / 26 Oktyabr 2026
69
22:04 / 26 Oktyabr 2026
88
22:02 / 26 Oktyabr 2026
81
21:58 / 26 Oktyabr 2026
70
21:53 / 26 Oktyabr 2026
178
21:44 / 26 Oktyabr 2026
73
21:32 / 26 Oktyabr 2026
75
21:30 / 26 Oktyabr 2026
76
21:05 / 26 Oktyabr 2026
1269
21:02 / 26 Oktyabr 2026
87
20:56 / 26 Oktyabr 2026
103
20:30 / 26 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.