Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
881
23.03.2020, 18:39
Nazirlər Kabineti yanında operativ qərargahın dünən açıqlanmış qərarına uyğun olaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində ötən gecədən etibarən ölkə ərazisində fəaliyyət göstərən iri ticarət mərkəzləri bir ay müddətinə bağlanıb. Bu baxımdan, oxucuları düşündürən suallardan biri bazarların bağlanıb-bağlanmamasıdır.
Rəsmi olaraq “Ticarət mərkəzi-4” ASC adlanan, Bakının ən gur alqı-satqı yerlərindən biri olan, 8-ci kilometr qəsəbəsində yerləşən “Vosmoy bazarı” bu gün heç nə olmayıbmış kimi işləyir.
Əməkdaşımızın verdiyi məlumata görə, qeyri-iş günü üçün alıcıların sayının az olmasına baxmayaraq, bazarın bütün hissələrində satış əvvəlki kimi davam edir.
Satıcılardan birinin bildirdiyinə görə, hələlik onlara bazarın bağlanması ilə əlaqədar heç kim məlumat verməyib, ümumiyyətlə, dəyişiklik yoxdur. Eyni zamanda, öyrəndik ki, piştaxtalara görə alınan icarə haqqının məbləği də dəyişməyib. Bir sözlə, burada “həyat davam edir”.

Məsələn, son günlərdə iri marketlərdə göyərti satışı faktiki dayandırılsa da, bazarda belə bir qıtlıq yoxdur. Dəstəsi 20 qəpiyə istənilən göyərtini almaq olar. Bakıda əkiləni də var, yollar bağlı olsa da, rayonlardan gətiriləni də. Doğrudur, satıcılar alıcıların azalmasından gileylənirlər.
Yeri gəlmişkən, bazarda maskalı adamlara tək-tük rast gəlinir. Satıcıların maska taxmasından, əlcək geyməsindən danışmağa belə dəyməz. Sanki koronavirus təlaşı buradan yan keçib.
“Vosmoy bazarı”nın ərazisini əlindəki kiçik püskürdücü ilə dezinfeksiya edən təhlükəsizlik xidmətinin əməkdaşından öyrəndik ki, sabahdan bazarda alqı-satqı dayandırılacaq.
Düzü, satıcıların əksəriyyətinin bu qərardan xəbəri yoxdur. Çıxışda rastlaşdığımız mağaza sahiblərindən biri tamamilə başqa iddia irəli sürdü: “Alver olacaq, amma saat 15-ə qədər”.
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.