Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1022
22.03.2020, 13:59
“Koronavirus pandemiyasına qarşı mübarizədə uğur əldə etmək üçün hər kəs məsuliyyətli davranmalıdırlar. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu epidemiyanın yayılmaması üçün hökumətin həyata keçirdiyi proflaktik tədbirlərlə yanaşı, hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. Operativ Qərargahın tətbiq etdiyi qaydalara əməl etmək, zərurət olmadıqca evdən çıxmamaq, şəxsi gigiyenaya diqqət etmək vacibdir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib.
Şura sədri Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz bayramı münasibətilə etdiyi müraciətdəki fikirlərini xatırladıb: “ Prezidentimizin qeyd etdiyi kimi, bu təhlükənin öhdəsindən gəlmək üçün biz hamımız həmrəylik, məsuliyyət, birlik göstərməliyik. Bütün dünya üçün çətin olan bu dövrdə xalqımızın və dövlətimizin ən ülvi xüsusiyyətlərini göstərməliyik, birlik nümayiş etdirməliyik, xeyriyyəçilik etməliyik, hər bir gəncimiz yaşlılara, köməyə ehtiyacı olanlara dəstək olmalıdır”.
F. Heydərov deyib ki, gənclər koronavirusla mübarizədə məsuliyyətli olmalı, karantin tədbirlərinə riayət etməli, yaşlı nəslə və uşaqlara qarşı xüsusən həssas olmalıdırlar: “Birinci Vitse-Prezident Mehriban Əliyeva bir neçə gün əvvəlki müraciətində xalqımızın bu nəcib xüsusiyyətini bir daha vurğulayıb və qeyd edib ki, biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Bu xəstəliyin xarakterinə görə, daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Dövlət rəhbərliyi bu çətin məqamda da mentalitetimizə hörmətini, hər bir vətəndaşa xüsusi diqqətini göstərir. Mən hər kəsi bu çağırışa qoşulmağa, risk qrupunda olanları daha çox qorumağa, ümumilikdə, hər bir vətəndaşımızı məsuliyyətli olmağa və hökumətin qərarlarına əməl etməyə çağırıram”.
Ağsaqqallar Şurasının sədri dövlətin koronavirusla mübarizə istiqamətində operativ və qətiyyətli addımlar atdığını, Operativ Qərargahın mobil və səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, öz həyatını və sağlamlığını riskə ataraq bu epidemiya ilə mübarizə aparan həkimlərin əməyinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirilməsi, əmək haqqlarına əlavələr edilməsi təqdirəlayiqdir. F. Heydərov, həmçinin, dövlətin hər bir vətəndaşına sahib çıxdığını, xaricdə təhsil alan tələbələrimizi, digər vətəndaşlarımızın ölkəyə gəlməsini təmin etidyini, onların səhhəti və sağlamlığına xüsusi diqqət yetirdiyini də vurğulayıb.
F. Heydərov Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının mühüm əhəmiyyətini də qeyd edib: “Həmrəylik və xeyriyyəçilik bizim xalqımızın nəcib ənənələrindəndir. Prezident İlham Əliyev 1 illik əməkhaqqını bu fonda ianə etməklə özü şəxsi nümunə göstərdi. Mən iş adamlarını bu prosesdə iştirak etməyə çağırıram. Yeri gəlmişkən, dövlət iqtisadiyyatı mümkün zərərlərdən qorumaq üçün öz töhfəsini verdi, 1 milyard manat vəsait ayırdı. İş adamlarımız, imkanlı şəxslərimiz də bu epidemiya ilə mübarizəyə öz töhfələrini verməlidirlər. Əminəm ki, Azərbaycan dövləti bu sınaqdan da üzüağ və uğurla çıxacaq”.
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.