SpaceX şirkəti 40 milyard dollarlıq razılığa gəlib
26 Oktyabr 2026, 21:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
748
17.03.2020, 11:24
Almaniyanın paytaxtı Berlindəki qaçqın düşərgəsi koronavirus səbəbindən bağlanıb.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, ötən gün sığınacaq axtaranlardan biri koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb. Onun qan və tüpürcək analizinin nəticəsi pozitiv çıxıb. Berlin bələdiyyəsi və səhiyyə idarəsi düşərgənin dərhal bağlanması, sakinlərin isə, yaxınlıqdakı məktəb binasında karantin altında saxlanılması ilə bağlı qərar verib.
Ötən gecə düşərgənin 135 sakini polis və təcili tibbi yardım işçilərinin müşayiəti ilə yaxınlıqdakı məktəb binasının idman zalına köçürülüblər.
Aldığımız məlumatda bildirilir ki, təxliyə olunan sığınacaq axtaranların arasında 24 nəfər Azərbaycan vətəndaşı var. Eyni zamanda, düşərgədə 20 nəfər 60 yaşdan yuxarı, 15 nəfər isə, 5 yaşından kiçik uşaq qalırmış.
Berlin səhiyyə idarəsindən bildirilib ki, yaşlı insanların koronavirusa yoluxma ehtimalı daha çox olduğundan onlar paytaxtdakı xəstəxanalarda xüsusi müşahidə altında saxlanılacaqlar.
Məlumat üçün bildirək ki, bu Almaniyadakı qaçqın düşərgələrində ilk koronavirus faktıdır.
Bundan əvvəl Almaniya “Dublin sazişi” ilə bağlı Yunanıstan, İtaliya, Macarıstan kimi Avropa Birliyi ölkələrinə sığınacaq axtaranların deportasiyasını dayandırmış, eyni zamanda yeni sığınacaq axtaranları qəbul edən zamanı onları 14 günlük karantin altında saxlanılmaları ilə bağlı qərar vermişdi.
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.